Mikromobilliyin təşviqi məqsədilə mayın 8-də jurnalistlər üçün velosiped təlimi təşkil ediləcək.
Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, təlimin məqsədi təhlükəsiz və düzgün velosiped istifadəsi ilə bağlı məlumatlandırmanın artırılması, praktiki bacarıqların inkişaf etdirilməsi və mikromobillik istiqamətində ictimaiyyətə doğru mesajların ötürülməsinə töhfə verməkdir.
Tədbir Sevgi Parkı ərazisində saat 10:00-da başlayacaq.
Bir saat ərzində iştirakçılar üçün velosiped sürmə üzrə nəzəri və praktiki təlim keçiriləcək. Növbəti iki saatda isə səhər yeməyi təşkil olunacaq.
Qoşulmaq istəyən media nümayəndələri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/oDRDHjgQcuJPYXq78
Tədbir silsilə xarakter daşıyır və növbəti aylarda da təşkil olunacaq.