Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/02/2025

Paylaşın

GÜNDƏM

Jurnalistlər üçün Şəkiyə tur təşkil olunub

BioGarden, “BioGarden” Aqroekoloji Turizm Məkanı, “Azəripək” ASC

Dekabrın 2-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə media nümayəndələrinin səfəri baş tutub.

Baki-baku.az-ın Şəkiyə ezam olunmuş müxbiri xəbər verir ki, səfərin məqsədi Şəkinin daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, bölgədə turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.

Şəkinin Öyrət kəndi ərazisində yerləşən “BioGarden” eko-aqro turizm təsərrüfatı ilə tanışlıq zamanı jurnalistlərə məlumat verilib ki, səkkiz hektar ərazini əhatə edən bağda üç mindən çox meyvə ağacı var. Həmçinin bağda arıçılıq təsərrüfatı da mövcuddur.

Qeyd olunub ki, “BioGarden” Aqroekoloji Turizm Məkanı 2010-cu ildən etibarən biznes turizm fəaliyyəti göstərir. Biznes subyektinin əsas məqsədi Azərbaycanın şimal-qərb bölgəsində aqrobio müxtəlifliyin inkişafına və davamlı istifadəsinə nail olmaq, turizm fəaliyyəti göstərməkdir. Bununla yanaşı, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, istehsal olunan ekoloji təmiz məhsullardan istifadə etməklə milli yeməkləri təqdimatı, aqroturizm imkanlarının genişləndirilməsi və təşviqi də əsas hədəflərdir.

“BioGarden” Aqroekoloji Turizm Məkanı

Şəkinin qədim və mühüm təsərrüfat sahələrindən biri olan ipəkçilik barədə dolğun məlumat əldə etmək üçün jurnalistlər “Azəripək” ASC-də də olublar. Bildirilib ki, hazırda “Azəripək” ASC-nin baramadan xam ipək açan, toxucu, boyaq-bəzək istehsalatları, burucu və xalça sexləri fəaliyyət göstərir. Müəssisədə yüksək keyfiyyətli 100% təbii xam ipək, müxtəlif ipək məhsullar, eyni zamanda kəlağayı, şərf, çitmə və sair istehsal olunur. İstehsal edilən məhsullar xarici ölkələrə ixrac olunur.

Media mənsubları Şəkidə sənətkarlarla görüşüb, onların iş prosesi ilə yaxından tanış olub, məşhur Şəki halvasının hazırlanması prosesini izləyiblər. Halvaçı Xosrov Qafarov bu şirniyyat növünün hazırlanmasındakı incəliklər barədə ətraflı məlumat verib. Şəkinin ənənəvi dulusçuluq sənət növü ilə tanışlıq zamanı isə dulusçu Əhəd Məmmədov media mənsublarına öz emalatxanasında master-klas göstərib, hazırladığı məhsulların çeşidindən, təyinatından danışıb.

Xanım Aydın

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dünyanın Xerosimo və Noqasakisi, bizim Çanaqqalamız, Xocalımız var. Bizim bir də, öz əlimizlə edam kürsüsünə qaldırdığımız, qollarını budayıb

Ən son

GÜNDƏM

Dekabrın 2-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə media nümayəndələrinin səfəri baş tutub.

GÜNDƏM

Dekabrın 2-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə media nümayəndələrinin səfəri baş tutub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin