Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/09/2026

Paylaşın

GÜNDƏM

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

“İzzət Kino Mükafatı”nın mükafatlandırma mərasiminın qalibləri ən yaxın zamanda elan olunacaq.
Baki-baku.az xəbər verir ki, atıq mükafatın rəsmi dizaynı hazırdır. Belə ki, rəssam-animator Sevinc Quliyevanın müəllifi olduğu eskiz İzzət Orucovanın oynadığı Sevil və Almaz obrazlarının sintezindən yaradılıb. Poster Azərbaycan qadınının həm üsyanını, həm də milli kimliyini kəlağayı, milli geyimin detalları, açıq saçları və s. ilə özündə cəmləşdirir. Posterdəki kino lentləri ilə əhatələnən obraz Azərbaycan kinosunun qadın simasını təmsil edir.

Qeyd edək ki, mükafat rejissor və prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının beynəlxalq əlaqələr və layihələr üzrə meneceri Afaq Yusifli tərəfindən ötən ilin avqustunda təsis edilib. Layihə Azad Mirzəcənzadə İnkişaf Proqramının 2025-ci il üzrə 2-ci dalğasının 10 qalibindən biridir. Layihənin rəsmi tərəfdaşları arasında Azərbaycan Kinematoqrafçılar İttifaqı və Gənc Film İstehsalçıları Assosiasiyası var. Təsisçinin verdiyi məlumata görə, münsiflər heyətinin tərkibi və ilkin siyahı artıq hazırdır. Hazırda, mükafatın hazırlanma prosesi və son təşkilati məsələlər üzrə işlər gedir. Münsiflərin adları və kateqoriyalar barədə elan veriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin paylaşımı təqdim edir:

Ən son

GÜNDƏM

Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata

GÜNDƏM

Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin