Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/24/2025

Paylaşın

GÜNDƏM

İsti havalarda niyə yemək istəmirik?

İsti havalarda iştahanın azalması bədənin həddindən artıq qızmasının qarşısını almaq və susuzlaşmadan yayınmaq üçün verdiyi təbii reaksiyadır.

Baki-baku.az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Veronika Neudaxina Lenta.ru-ya müsahibəsində danışıb.

Mütəxəssis izah edib ki, bu proses termorequlyasiya, hormonal və fizioloji mexanizmlərin qarşılıqlı təsiri ilə tənzimlənir.

Veronika Neudaxina bildirib ki, qida həzmi zamanı orqanizmdə daxili istilik və enerji yaranır. Havanın isti olduğu şəraitdə bədən artıq istilikdən qorunmaq üçün aclıq hissini formalaşdıran beyin mərkəzlərini sıxışdırır. Bu da iştahanın azalmasına səbəb olur.

O əlavə edib ki, isti havalarda periferik (ətraf) damarlarda qan dövranı artır, lakin həzm orqanlarına gedən qan axını azalır. Bu da həzm prosesini ləngidir və nəticədə insan daha uzun müddət toxluq hiss edir. Bundan əlavə, istidə çoxlu tərləmə səbəbindən orqanizm daha çox maye qəbul edir, bu da mədənin dolu olması hissini yaradaraq iştahanı azaldır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

В истории Римской империи есть эпизоды, которые до сих пор поражают воображение

Ən son

GÜNDƏM

Formula-1 üzrə "Azərbaycan Qran Pri" yarışları ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın

GÜNDƏM

Formula-1 üzrə "Azərbaycan Qran Pri" yarışları ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin