Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/25/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

İsti havada sərinlik gətirən qidalar

İsti havada ən vacib şey orqanizmin susuzlaşmasının qarşısını almaqdır, eyni zamanda hamı sərinləmək istəyir. Bunun üçün bəzi qidalar və içkilər var.

Baki-baku.az belə ərzaqların bəziləri barədə məlumat verir.

Xiyar – 90% su tərkibli tərəvəz kalsium, mineral duzlar və “C” vitamini ilə zəngindir. Xiyarı həm tək yemək, həm də salata əlavə kimi istifadə etmək olar. Xiyarı duzsuz yemək daha yaxşıdır, çünki duz orqanizmdə mayeni saxlayır ki, bu da bədənin şişməsinə səbəb olur.

Moruq – böyük miqdarda faydalı turşular, vitaminlər, duz və efir yağları olan nadir giləmeyvələrdən biridir. Təzə moruq təkcə aclığı yatırmır, həm də bədən temperaturunu aşağı salır. Bundan əlavə, bu kiçik giləmeyvə əhval-ruhiyyəni yaxşılaşdırır.

Yemiş – 95% su tərkibli şirəli və şirin bostan bitkisidir. O, qan yaranması prosesində iştirak edən böyük miqdarda fol turşusu tərkibinə görə orqanizmdə mühüm rol oynayır.

Qarpız – həm aclığı, həm də susuzluğu yatıran ən şirəli yay giləmeyvəsidir və 90% sudan ibarətdir. Qarpız lif, vitamin qrupları və ən əsası antioksidantların mənbəyidir.

Nanə – çox su tərkibi olmasa da, orqanizmin sərinləmə hissini yaxşı təmin edən bitkidir. Təbii mentol sayəsində bu bitki bizi sərinlədir. Bu, sanki beynimizin, təxəyyülümüzün oyunudur. Həmçinin nanə soyudulmuş suya əlavə edildikdə susuzluğu yatırmağa kömək edir.

Balqabaq – orqanizm tərəfindən asanlıqla həzm olunan tərəvəzdir. Onlar çoxlu miqdarda vitaminlər və lif tərkib edir ki, bu da susuzluğu və aclığı yatırmağa kömək edir. Balqabağın hazırlanma üsulları müxtəlif ola bilər, lakin onlar eyni dərəcədə kömək edir.

Təzə göyərti – şüyüd, cəfəri, yaşıl soğan, ispanaq, salat yarpaqları. Bu, yayda vitaminlərin xəzinəsidir. Əsas üstünlüyü – ləkdən qoparıb dərhal süfrəyə vermək mümkündür. Onlardan müxtəlif yeməklərin hazırlanmasında istifadə etmək olar.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

“Limen” – latınca bir söz olub, “eşik”, “giriş nöqtəsi”, “keçid sərhədi” kimi tərcümə olunur.

Ən son

GÜNDƏM

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla

GÜNDƏM

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin