Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/09/2026

Paylaşın

HƏR ŞEYDƏN

İstehsal olunmayan sərvət: qaqa lələyi fenomeni

Гагачий пух, Qaqa lələyi

Dünyada bir il ərzində toplanan bütün qaqa lələyi cəmi bir kiçik yük maşınına sığardı. Müqayisə üçün: qaz lələyinin istehsalı on minlərlə tonla ölçülür. Təkcə Yaponiya hər il təxminən 6000 ton qaz lələyi idxal edir, halbuki qaqa lələyinin dünya bazarı sözün əsl mənasında cəmi bir neçə tonla ifadə olunur.

İslandiya bu baxımdan unikal ölkədir. Burada hər yaz təxminən 2,5 ton qaqa lələyi toplanır və bu, onun topdansatışının mümkün olduğu yeganə ölkədir. Yeni bir yorğan cəmi 700 qramdan bir qədər artıq çəkir. Dünya bazarında belə bir yorğan böyük nadirlik sayılır.

Hətta bir qaqa lələyi yorğanının 20 ilə qədər xidmət etdiyini nəzərə alsaq belə, ona olan tələbat heç vaxt tam ödənilməyəcək. Burada məsələ qiymətdə deyil — lələk sadəcə hamıya çatmır. Qaqa lələyini “istehsal etmək” mümkün deyil. Bu, okean ekosistemindən tam asılı olan vəhşi təbiətin bir hədiyyəsidir. Lələk yalnız hər yay sahilə çıxaraq yuva quran və bala çıxaran vəhşi arktik qaqalardan əldə edilir. O, yalnız diri quşlardan və yalnız dişi fərdlərdən toplanır. Yumurtalarının üstündə oturduğu dövrdə dişi quş qarnındakı lələklə yuvasını döşəyir — mövsüm ərzində təxminən 17 qram. Toplandıqdan sonra lələk mütləq otla əvəz olunur və çoxsaylı tədqiqatlar sübut edir ki, bu nə quşlara, nə də yumurtalara zərər verir. Əksinə, toplayıcılar koloniyaları yırtıcılardan qoruyurlar. Məhz buna görə İslandiyada qaqalar özlərini təhlükəsiz hiss edir və hətta insan məskənlərinin yaxınlığında belə yuva qururlar. Bu ənənə artıq min ildən çoxdur — vikinqlər dövründən bəri davam edir.

Elektron mikroskop altında qaqa lələyi vahid, bir-birinə bağlı struktur kimi görünür. Onun lifləri sanki yapışqan lent kimi bir-birinə ilişir. Buna görə də lələk dağılmır, havalı, lakin bütöv bir bulud əmələ gətirir: bir lələk dənəciyi təxminən 2 mq çəkir, 1 kq-da 500 minə qədər puf olur, strukturu isə insan saçından daha nazikdir. Bu xüsusiyyətlər sayəsində qaqa lələyi son dərəcə yüngüldür, istiliyi mükəmməl saxlayır, temperaturu və rütubəti tənzimləyir, bədəni həddindən artıq qızdırmır və tərləməyə səbəb olmur. O, Şimali Atlantikanın buz kimi sularında yaşayan quş üçün təbiət tərəfindən yaradılıb və məhz buna görə insan üçün də ideal hesab olunur. Qağaç pufu yalnız bədənin bir hissəsindən — yumurtaları isidən zərif qarın nahiyəsindən əldə edilir. Bu, həmişə tam yetkin quşların pufudur: qaqalar yalnız dörd yaşından yumurta qoymağa başlayır və 25 ilə qədər yaşaya bilirlər. Qaqa lələyini maşınlarla çeşidləmək mümkün deyil. Lələklər əl ilə seçilir, daha sonra puf dəfələrlə ən təmiz suda yuyulur. 1 kq lələyin emalı üçün onlarla saat əmək və yüzlərlə litr su sərf olunur. Məhz buna görə bazar saxtalarla doludur — və elə buna görə də əsl qaqa lələyi bu qədər bahalıdır.

Qaqa lələyini min il əvvəl də yüksək qiymətləndirirdilər, bu gün də qiymətləndirirlər. Dəbinə görə yox, ona görə ki, yuxu üçün ondan daha yaxşı doldurucu mövcud deyil.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq

Ən son

GÜNDƏM

Baki-baku.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb

GÜNDƏM

Baki-baku.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin