Nəşr edilmişdir 06/11/2025

Paylaşın

GÜNDƏM

İsraildə Herakl və Dionisin içki yarışını təsvir edən sarkofaq tapılıb

İsrailin şimal-qərbində arxeoloji sensasiya baş verib.
Baki-baku.az-ın məlumatına görə, qədim Qeysəriyyə yaxınlığında, qum təpələrinin altından 1700 illik mərmər sarkofaq çıxarılıb. Onun üzərində unikal bir səhnə təsvir olunub: Herakl ilə Dionis arasında içki yarışması. Belə bir süjet daha əvvəl yalnız mozaikalar üzərində görülmüşdü, lakin bu, ilk dəfə olaraq bir sarkofaqda, həm də bu bölgədə, aşkar olunub.
Sarkofaqın ön hissəsində yarıçılpaq vəziyyətdə şərabdan yorulmuş Herakl əlində qədəh tutaraq, əbədi şənlik tanrısı qarşısında məğlub halda təsvir olunub. Onun qarşısında isə satirlər, bakkantlar və Pan tərəfindən əhatə olunmuş Dionis şadyanalıqla irəliləyən bir yürüşə başçılıq edir. Lakin bu yalnız adi bir ziyafət deyil. Bu səhnə, dünyasını dəyişən şəxsin son yolunun metaforasıdır. Burada şərab və rəqs ruhun azadlığına bir işarə kimi çıxış edir.
II–III əsrlərə aid edilən bu artefakt İsrail Qədim Əsərlər İdarəsinin himayəsi altında aparılan qazıntılar zamanı tapılıb. Sarkofaqın bəzi hissələri sınmış olsa da, bərpaçılar onu əvvəlki görkəminə qaytara biliblər. Alimlərin fikrincə, bu sarkofaq Roma dünyagörüşündə ölümün bir son deyil, bir keçid olduğunu göstərir. Burada şənlik yeni bir reallığa gedən yolun bələdçisinə çevrilir.

Əbülfəz Babazadə

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gündə 24 saat olan bir dünyada elə bir yer var ki, orada nədənsə bu müddət 26 saatdır.

Ən son