Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/29/2025

Paylaşın

İdman

İspan futbolçu matç zamanı aldığı zərbə nəticəsində vəfat edib

Raul Ramirez, Kolindres, İspaniya

İspaniya Krallığı Futbol Federasiyasının (RFEF) rəsmi portalında “Kolindres”in qapıçısı Raul Ramirezin ölüm xəbəri yayımlanıb.

Baki-baku.az-ın məlumatına görə, 19 yaşı olan gənc futbolçu İspaniyanın beşinci divizionunda keçirilən oyunda aldığı zədə nəticəsində həyatını itirib.

Şənbə günü keçirilən matç zamanı Ramirezin ciddi baş-beyin travması alıb və bu, onun ürəyinin iki dəfə dayanmasına səbəb olub. Birinci dayanma meydanda, ikinci isə tibbi müəssisəyə aparılarkən baş verib.

Hadisə anında “Kolindres”in məşqçisi Rafa de la Pena dərhal süni tənəffüs tətbiq edib. Bundan əlavə, hadisə yerində olan və tibb tələbəsi olan bir azarkeş təcili yardım gələnə qədər futbolçunu həyata qaytarmağa çalışıb,

Bazar ertəsi günü Ramirez Santander şəhərində yerləşən xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İnsanlar yuxularını necə görür? Rəngli, yoxsa qara-ağ?

Ən son

HƏR ŞEYDƏN

Azərbaycanın geniş çöllərində, günəşin altında tək-tənha bitən, acı qoxusuyla uzaqdan tanınan bir bitki var –

HƏR ŞEYDƏN

Azərbaycanın geniş çöllərində, günəşin altında tək-tənha bitən, acı qoxusuyla uzaqdan tanınan bir bitki var –
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin