Nəşr edilmişdir 06/17/2025

Paylaşın

ETNOQRAFIYA

İslam sənəti nədir?!

İslam Sənəti

“İslam sənəti” VII əsrdən sonra yaranan bir termindir və İslam dininin yayıldığı ərazilərdə formalaşmış sənətə aid edilir. Bu sənətlə məşğul olan sənətkarların mütləq şəkildə müsəlman olması vacib deyildi. Yəni qeyri-müsəlman olan insanların da bu sahə ilə məşğul olması, uğur qazanması mümkün idi. Yəni bu sənət konkret bir ölkə və ya xalqa aid deyildi. Bu, İslam dininin yayılmasından sonra onun təsiri ilə yaranan sənət idi. İslam sənəti birbaşa din haqqında olmasa da, dinin bu sahəyə təsiri danılmazdır. Belə ki, dində olan bəzi qanun və qadağalar sənətdə öz əksini tapırdı. Bunlardan biri də simaların və canlıların təsvir olunmamasıdır.
“Sənətdə forma deyil, mənanın özü əsasdır” – bu prinsip İslam sənətinin fəlsəfəsinin əsasını təşkil edir.

İnsanları və heyvanları çəkmək olmaz?

Əslində, heç də hər şey bu qədər sadə və ya göründüyü kimi deyil. Onları çəkmək olar. Amma burada bir fərq var. Avropa mədəniyyətindən fərqli olaraq, İslam mədəniyyətində ruhu göstərmək və canlılığı ifadə etmək ehtiyacı yoxdur. Çünki bu, Allahın işini təkrarlamaq kimi qiymətləndirilir. Bu isə tabu sayılır.
Qurani-Kərimdə (Şura surəsi, 11-ci ayə) deyilir: “Ona bənzər heç nə yoxdur. O, Eşidəndir, Görəndir!” Bu ayə İslam sənətində insan və Tanrı təsvirlərinin məhdudiyyətini izah edən əsas fəlsəfi yanaşmalardan biridir.

Tanrını və müqəddəs peyğəmbərləri çəkmək qadağan olunanda kalliqrafiya ehtiyac yaranır. Bu yolla rəssamlar və xəttatlar sonsuzluq və alilik mənasını ötürməyə çalışırlar.

İslam sənətinin xüsusiyyətləri:

  • Abstraktlıq – forma və fiqurlar yerinə rəmzlərdən istifadə olunur
  • Simmetriya və sonsuzluq – Allahın sonsuzluğu bu formada təzahür edir
  • Kalliqrafiya və ornamentika – yazının estetikaya çevrilməsi

Avropa sənətkarlarından fərqli olaraq İslam sənəti təkcə gözəllik yaratmaq vasitəsi deyil. O, mövcud olanı ölümsüzləşdirmək yerinə mənəviyyatı, kainatı və Allahla əlaqəni izah etməyi hədəfləyən sənətdir. Burada əsas məqsəd görünəni təkrarlamaq deyil, görünməz olanı hiss etdirməkdir.

Deniz Məmmədli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Ən son

ETNOQRAFIYA

“İslam sənəti” VII əsrdən sonra yaranan bir termindir və İslam dininin yayıldığı ərazilərdə formalaşmış sənətə

ETNOQRAFIYA

“İslam sənəti” VII əsrdən sonra yaranan bir termindir və İslam dininin yayıldığı ərazilərdə formalaşmış sənətə