Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/02/2026

Paylaşın

TARİXİMİZ

İskəndəriyyə kitabxanası – Dünyanın yeddi möcüzəsinə barəbər möcüzə

Yuli Sezarın, İmperator Avrelianın oda qaladığı məbəd

Misir ehramları və Sfinks, Artemidanın Efes şəhərindəki məbədi, Olimpdəki məbəddə Zevsin heykəli, Rodos adasında Rodos Nəhəngi, Nil çayının mənsəbindəki Faros adasındakı İskəndəriyyə mayakı, Böyük Çin səddi, Hindistanın Tac-Mahalı, Romanın Kolizeyi, İordaniyanın Qədim Petra şəhəri, Rio-de-Janeyro üzərində ucaldılan İsa Məsihin heykəli, Perunnun Maçu-Pikçu vadisində inklərə məxsus abidələr, Meksikanın Çiçen-İtsa şəhərindəki Mayya hundu sivilizasiya abidəsi, ABŞ-nin Konqres kitabxanası, Tiflis, Vatikan, Drezden, Pererburq Dövlət Arxivlərinin kitabxanaları, Luvr, Viktoriya və Albert muzeyləri hansı əzəmətə sahibdirsə, zəngin kitab fondu ilə dünyada məşhur olan İsgəndəriyyə kitabxanası o özəlliyə malikdir.

Deyirlər, “Afinanın İskəndəriyyəyə sürgün edilən keçmiş qubernatoru Fəlirdi Demetri, Misir hökmdarı I Ptolomeyə ideya verir ki, Afina Kitabxanası ilə rəqabət aparacaq kitabxana yaratsın. Beləliklə, eramızdan əvvəl 290-cı ildə İskəndəriyyə kitabxanası inşa edilir. O vaxta qədər kitabxanalar yalnız kahinlər və hökmdar ailələri üçün idi”.

Dünya şöhrətli kitabxanalar sırasında yer alan İskəndəriyyə kitabxanasının ilk kitabxanaçısı Efesli Zenedot olub. O, tarixdə ilk dəfə lüğətdəki sözlərin əlifba sırası ilə sıralanmasını tədbiq edib. I Ptolomeyin dövründə burada Museion adlanan Zevsin 9 qızına, muzalara, yəni ilahələrə həsr edilən dini, elmi və mədəni kompleks inşa edilib. Əldə olunan məlumatlardan bəlli olur ki,  kitabxana öncə 13 mühazirə zalı, botanika bağı, rəsədxana və anatomiya salonundan ibarət olub.

Burada Evklipd, Arximed, Ptolomey, Aris Tarx, Edesya kimi elm adamları çalışıb

Ptolomey sülaləsindən olan hökmdarlar qədim və orijinal əlyazmaların əldə edilməsi, kitabxana fondunun zənginləşməsi üçün böyük məbləğdə vəsait ayırıblar. Bunun üçün bütün Aralıq dənizi boyunca xüsusi şəxslər səyahətə çıxıblar. Bundan əlavə sülalənin üzvləri gəlirin böyük bir hissəsi tanınmış alimlərin cəlb edilməsi və məişət qayğıları üçün sərf ediblər. Evklipd, Arximed, Ptolomey, Aris Tarx, Edesya kimi məşhur alimlərin çalışdığı kitabxanadaa Platon, Aristotel, Pifaqor, Eskil, Safokl, Evripid kimi filosofların əsərləri, Qədim Misir, Babil, Fars, Assur və Hind mətnləri mühafizə olunub. Bundan başqa, yəhudi, zərdüşt və buddist dininə aid əlyazmalar saxlanılıb. IV əsrə qədər kitabxanada 700 minə qədər əlyazması mövcud olub.

İskəndəriyyə patriarxı Feofil məbədləri uçurur və yerinə kilsələr inşa etdirir

Əldə olan məlumatlardan bəlli olur ki, qədimlərdə  İsgəndəriyyə limanına daxil olan gəmilərdən bütün kitab və əlyazmalar müsadirə edilir, üzü köçürüldükdən sonra əsli kitabxanada saxlanılır, surəti isə sahibinə qaytarılırmış. Alimlər, kral ailəsinin üzvləri və himayədarlar üçün orijinalların dəqiq surəti köçürülürmüş. Bu da kitabxanaya xeyli gəlir gətirirmiş.

Bir dəfə hökmdar afinalılardan yunan alimlərinin orijinal mətinlərini istəyir. Afinalılar isə bunun qarşılığında 400 kq qızıl tələb edirlər. Bundan sonra orijinal mətnlərin surəti çıxarılır. Lakin şəhər əhalisinə orijinal mənbə deyil, surəti qaytarılır.

Eramızdan əvvəl 48-ci ildə Yuli Sezar İskəndəriyyəni ələ keçirdikdə limandakı gəmiləri yandırır. Alov şəhəri bürüyür və kitabxananın fondunun bir qismi məhv olur. 270-280-ci illər arasında İmperator Avrelian zəngin kitabxananın böyük hissəsini yandırır. Bundan sonra alimlər Serapion məbədində yerləşən kiçik kitabxanadan istifadə edirlər. 391-ci ildə Roma imperatoru I Feodosiya xristianlıqdan başqa bütün dinləri qadağan edir. İskəndəriyyə patriarxı Feofil məbədləri uçurur və yerinə kilsələr inşa etdirir. İskəndəriyyə kitabxanası da bu dəhşətli siyasətlə üz-üzə qalır.

“İskəndəriyyə şəhəri Ərəb Xilafəti tərəfindən fəth edildikdən sonra müsəlmanların da kitabxananı yandırdığı iddia edilir. Sonradan Qərb araşdırmaçıları bu rəvayətin uydurma olduğunu, yalanların səlibçilərə haqq qazandırılması üçün ortaya atıldığını bildirirlər”.

Şərqin zəngin elm-mədəniyyət mərkəzlərindən biri

1974-cü ildə İskəndəriyyə kitabxanasının bərpası ilə bağlı ilk təşəbbüs irəli sürülür. 2002-ci ildə 8 milyon kitab fonduna malik yeni kitabxana istifadəyə verilib. 150 min elektron kitabı, 13 tədqiqat mərkəzi, 9 institut, 4 muzey və 15 daimi sərgi salonunu əhatə edən İsgəndəriyyə kitabxanası Şərqin zəngin elm-mədəniyyət məbədlərindən biri olmaqla yanaşı, həm də siyasi mərkəzlərindən hesab olunur.

Bu gün dünyanın məşhur elmi – mədəni mərkəzlərindən sayılan, Beynəlxalq Humanitar forum və konfransların təşəbbüskarı qismində çıxış edən İsgəndəriyyə kitabxanası bütün həyatını onun inkişafına həsr edən şərqşünas alim İsmail Serageldinin rəhbərliyi ilə  tərəqqi dövrünü yaşayır. Beynəlxalq Nizami Mərkəzinin əsas təşkilatçılarından, həmsədrlərindən biri kimi sivilizasiyaların, mədəniyyətlərin dialoquna töhfədə bulunur. Dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən abidələrin qorunması, mühafizəsi, himayə edilməsi istiqamətində mühüm layihələrə imza atır.

Ölkəmizlə əməkdaşlığa üstünlük verən İskəndəriyyə kitabxanası 44 günlük Vətən Müharibəsində, haqq davasında yanımızda olmaqla yanaşı, “Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşən layihələrə dəstək vermiş, Xocalı soyqırımının dünyada tanıdılması üçün əlindən gələni əsirgəməmişdir. 

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının tarixi quruluşunda elə binalar var ki, onlar sadəcə memarlıq abidəsi kimi deyil, şəhərin yaddaşını daşıyan məkanlar kimi

Ən son

GÜNDƏM

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

GÜNDƏM

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin