Nəşr edilmişdir 05/18/2025

Paylaşın

GÜNDƏM

İsa Məsih dövrünə aid mozaika aşkarlanıb

IMG-20250518-WA0020

Türkiyədə aparılan arxeoloji qazıntılar dünya gündəminə düşüb. Belə ki, Papa Fransiskin vəsiyyətinə əsasən, Papa XIV Leonun ziyarət edəcəyi Bursanın İznik şəhərində İsa Məsih dövrünə aid mozaika aşkarlanıb.

Baki-baku.az-ın verdiyi məlumata görə, bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, üzərində qədim döyüş gəmisi və maral təsvirləri olan mozaika İznikdə bir evin təməlində aparılan qazıntılar zamanı üzə çıxarılıb.

Ərazidə qazıntı işləri iki ay əvvəl başlayıb. İznik Muzeyi tərəfindən tikinti sahəsində aparılan ilkin araşdırmalar nəticəsində ərazidə tarixi qalıqların olduğu müəyyən edilib və həmin sahə rəsmi qazıntı zonası elan olunub. Arxeoloji işlər hazırda muzeyə bağlı mütəxəssislər tərəfindən davam etdirilir.

Qazıntı sahəsinin yaxınlığında, məşhur “Gladiator” filmində Rassel Kroununn canlandırdığı Maksimus Desimus Meridiusun yaşadığı evin də yerləşdiyi güman olunur.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olub.

Ən son