Son zamanlar sosial şəbəkələrdə Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin (XTMKTB) əməkdaşlarının Biləcəri qəsəbəsi, Y. Hüseynov küçəsində yaşayış binasının ətrafını zibilləməsi və xadimələrə təmizlətməsi ilə bağlı görüntülər yayılmışdır.
Məsələ ilə bağlı ərazi üzrə 113 saylı Mənzil Kommunal İstismar Sahəsindən (MKİS) Baki-baku.az-ın sorğusuna cavab olaraq bildirilib ki, XTMKTB-nin əməkdaşları E.Bekdemirov və V.Agayev işində yol verdiyi nöqsanlara görə işdən azad olunub.
Qeyd edilib ki, sözügedən ərazidə 3 xadimə fəaliyyət göstərdiyi halda ərazidə 2 XTMKTB əməkdaşının olması da doğru deyildi. Bütün bunlar nəzərə alınaraq əməkdaşlar işdən azad edilib.