Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/10/2025

Paylaşın

İQTİSADİYYAT

İran Milli Bankının Bakı filialının mənfəəti 13 % azalıb

İran Milli Bankı, İran, Bank

İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 4,378 milyon manat mənfəətlə başa vurub.

Baki-baku.az filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % azdır.

9 ay ərzində İran bankının gəlirləri 4,522 milyon manat (illik müqayisədə 19 % çox), xərcləri 1,354 milyon manat (8,3 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,211 milyon manat (51,1 % az) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə İran bankının aktivləri 121,328 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,6 % çoxdur. Bunun 2,228 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 25,2 % böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 5,7 % azalaraq 68,009 milyon manat, o cümlədən depozit portfeli 0,2 % artaraq 35,626 milyon manat, balans kapitalı isə 15,5 % artaraq 53,32 milyon manat olub.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın zəngin və çoxşaxəli tarixi kino ekranında yeni bir layihə ilə canlandırılacaq.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin