Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/24/2025

Paylaşın

HƏR ŞEYDƏN

İnsanların həyatını xilas edən oyun kartları

Oyun kartları, Bicycle

İkinci Dünya müharibəsi dövründə alman həbsxanalarında saxlanılan amerikalı hərbi əsirlər gözlənilmədən qəribə bağlamalar alırdılar ki, onların içində zahirən adi oyun kartlarına bənzəyən əşyalar olurdu, lakin həmin əyləncə vasitələrinin göndərilməsi casus romanlarında təsvir edilən gizli əməliyyatın bir hissəsinə oxşayırdı.

Baki-baku.az yazır ki, məşhur “Bicycle” şirkəti ABŞ hökumətinin sifarişi ilə xüsusi oyun kartları hazırlayırdı ki, onların içərisində gizli topoqrafik xəritə fraqmentləri yerləşdirilmişdi.

Kifayət idi ki, kartı bir qədər isladasan və hərbi əsirləri azadlığa aparan yolların, çayların, kəndlərin koordinatları kağızın üst qatının altından görünürdü. Bu xəritələr pazl kimi yığılır və onlarla əsirə qaçış planını qurmağa kömək edirdi. Bu sirr çox konfedensial şəkildə qorunurdu: “Bicycle” missiyası barədə heç bir sənəddə qeydlər aparılmırdı, müharibədən sonra isə bu oyun kartları nadir muzey eksponatlarına çevrildi.

Oxuduğunuz hekayə bizə xatırladır ki, bəzən azadlığa aparan yola təkcə silah gücünə deyil, həmçinin adi oyun kartları ilə də çıxmaq olar.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yerin ən aşağı nöqtəsində yerləşən Ölü dəniz təkcə duzluluğuna və suyun içində həyatın demək olar ki, mümkün olmamasına

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az yazır ki, məşhur “Bicycle” şirkəti ABŞ hökumətinin sifarişi ilə xüsusi oyun kartları hazırlayırdı ki,

HƏR ŞEYDƏN

Baki-baku.az yazır ki, məşhur “Bicycle” şirkəti ABŞ hökumətinin sifarişi ilə xüsusi oyun kartları hazırlayırdı ki,
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin