Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/10/2025

Paylaşın

GÜNDƏM

“İnnab ağacı”nın premyerası olub

“İnnab ağacı”, Azərbaycan Dövlət Kukla Teatrı

Oktyabrın 10-da Azərbaycan Dövlət Kukla Teatrında “İnnab ağacı” tamaşasının (Azərbaycan dilində) premyerası olub.

Baki-baku.az xəbər verir ki, Teatrın İkinci Dünya Müharibəsində qələbənin 80, əfsanəvi döyüşçü, Azərbaycan xalqının qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyinə həsr etdiyi “İnnab ağacı” tamaşası yeni və tam fərqli səhnə işidir.

Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında hazırlanan birhissəli kukla tamaşası “qara kabinet” üslubundadır.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.

Səhnə işində obrazları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Yusif Baxşəliyev və Araz Həsənli canlandırırlar.

Musiqi tərtibatlı nümunədə unudulmaz qəhrəmanımızın məktubları və haqqındakı xatirələrdən də istifadə olunmaqla verbatim üsluba da nail olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Güzgü insan həyatında həm fiziki, həm də metaforik baxımdan əvəzsiz bir əşyadır.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin