Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/20/2026

Paylaşın

GÜNDƏM

İncəsənət xadimləri xalqımızı Baki-baku.az vasitəsilə təbrik etdi – Səmamızda qara buludlar olmasın

İncəsənət xadimləri, İncəsənət, Ramazan Bayramı, Novruz Bayramı

Baharın ilk nəfəsi ilə torpağın oyanışı, səmada günəşin daha isti, daha doğma görünməsi insanın ruhuna da bir təzəlik gətirir. Novruz bayramı sadəcə təqvimdə bir gün deyil, o, yaddaşımızın dərin qatlarında yaşayan ən ülvi duyğuların yenidən dirçəlişidir. Hər il bu bayramla birlikdə insanlar ümidlərini təzələyir, arzularını yenidən dilə gətirir və gələcəyə daha inamla baxırlar. Tonqalların alovu yalnız qaranlığı deyil, həm də qəlblərdəki narahatlıqları yandırıb yox edir. Səməninin yaşıllığında bolluq, boylanan çiçəklərdə isə həyatın davamlılığı əks olunur. Bu əziz günlərdə incəsənət xadimləri də öz səmimi sözləri ilə xalqın sevincinə şərik olur, ürəklərdən gələn arzularını bölüşürlər. Onların hər biri Novruzu yalnız bir bayram kimi deyil, həm də birlik, sülh və sabaha inamın rəmzi kimi dəyərləndirir, öz xoş diləklərini Baki-baku.az vasitəsilə xalqımıza çatdırırlar.

Xalq artisti Mübariz Tağıyev Novruzu illərin sınağından çıxaraq bu günə qədər gəlib çatan ən doğma bayramlardan biri kimi dəyərləndirib. Novruzu “bayramların ən ucası” kimi dəyərləndirərək bu günün onda uşaqlıq və gənclik xatirələrini canlandırdığını bildirib. O qeyd edib ki, Novruz özünəməxsus ruhu ilə digər bayramlardan seçilir və insanların qəlbində xüsusi yer tutur. Sənətçi xalqımıza əmin-amanlıq, bol ruzi və heç vaxt tükənməyən sevinc hissi arzulayıb.

Xalq artisti Faiq Ağayev də Novruzu xalqımızın ən sevimli bayramlarından biri kimi dəyərləndirərək Vətənimizin daim çiçəklənməsini və insanların həyatının sevinc dolu olmasını arzulayıb:

“Vətənimiz çiçəklənsin, hər evdə sevinc, hər süfrədə bolluq olsun”.

Xalq artisti Samir Cəfərov xalqımızı və dünya azərbaycanlılarını Novruz münasibətilə ürəkdən təbrik edərək hər kəsə sağlamlıq, xoşbəxtlik və firavan həyat arzulayıb. O, çıxışında milli birlik və bütövlük ideyasına toxunaraq böyük Azərbaycanın daim yaşamasını diləyib.

Əməkdar artist Lalə Məmmədova çıxışında illərdir arzulanan bir həqiqətin artıq gerçəkləşdiyini xüsusi vurğulayıb. O, bir zamanlar yalnız dilə gətirilən arzunun – işğaldan azad olunmuş torpaqlarda tonqalların qalamasının – bu gün reallığa çevrildiyini qeyd edib. Sənətçi bu sevincin arxasında dayanan şəhidlərə Allahdan rəhmət, qazilərə isə möhkəm can sağlığı arzulayıb, şəhid analarına dərin ehtiramını ifadə edib. O, xalqımıza səmada bir daha qara buludların görünməməsini, hər zaman sülh, ruzi-bərəkət və övladların xoşbəxt gələcəyini diləyib:

“Ən böyük arzumuz gerçəkləşdi – tonqallarımız artıq doğma torpaqlarda yanır. Bu sevinci bizə yaşadanları heç vaxt unutmarıq”.

Tanınmış müğənni İlhamə Qasımova Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərək hər kəsə ruzi-bərəkət, sülh və sağlam həyat arzulayıb. O, qeyd edib ki, bu gün insanların ən böyük arzusu əmin-amanlıq içində yaşamaqdır və bu nemətin dəyəri daha dərindən hiss olunur. Müğənni ölkədə hökm sürən sabitliyə görə minnətdarlığını bildirərək, bu günləri bizə yaşadan şəhidlərin ruhu qarşısında baş əydiyini vurğulayıb. Onun sözlərinə görə, Novruz təbiətin yenidən doğuluşu ilə yanaşı, insanın da daxilən yenilənməsi deməkdir və hər kəsə bolluq, sağlamlıq və xoşbəxtlik gətirməlidir:

“Qoy xalqımız hər zaman xoşbəxt yaşasın. Bu gün sülh içində yaşamağın nə qədər böyük nemət olduğunu daha dərindən anlayırıq”.

Tanınmış müğənni Çinarə Məlikzadə isə öz təbrikində səmimiliyi ilə seçilib. O, hər kəsə bol ruzi-bərəkət, möhkəm sağlamlıq və xoşbəxtlik arzulayaraq insanların bütün arzularının gerçəkləşməsini diləyib. Onun sözlərinə görə, bu bayram hər kəsin qəlbinə sevinc və ümid gətirməlidir.

Tanınmış müğənni Murad Arif isə Novruzu milli kimliyimizi ən dolğun şəkildə ifadə edən bayram kimi xarakterizə edib. O, bu bayramın xalqımızın ruhunu, ənənələrini və dəyərlərini özündə cəmləşdirdiyini qeyd edərək hər kəsi səmimi qəlbdən təbrik edib. Müğənni insanların həyatında yalnız sülhün, aydın səmanın və sakit günlərin hökm sürməsini arzulayıb, xüsusilə uşaqların müharibəsiz və qayğısız bir dünyada böyüməsinin ən böyük diləyi olduğunu vurğulayıb.

“Ən böyük arzumuz budur ki, uşaqlarımız müharibəsiz, sakit və xoşbəxt bir dünyada böyüsünlər”.”

Beləliklə, incəsənət nümayəndələrinin səsləndirdiyi bu fikirlər bir daha göstərir ki, Novruz yalnız bir bayram deyil, o, xalqın ürəyindən gələn ən saf arzuların, sülhə və xoşbəxtliyə olan inamın ifadəsidir.

Hazırladı Elvin Camalov, Murad Muxtarov

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən ümumi təhsil müəssisələrində tətil başlayır.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Bütün varlığı, ruhu, duyğuları ilə Azərbaycan olan, varlığı ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən, poetik inciləri, nəsr

TARIXI ŞƏXSİYYƏTLƏR

Bütün varlığı, ruhu, duyğuları ilə Azərbaycan olan, varlığı ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən, poetik inciləri, nəsr
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin