Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/10/2025

Paylaşın

GÜNDƏM

İllər öncə ölən bəstəkar musiqi yazmağa davam edir

IMG-20250410-WA0059

Amerika eksperimental musiqi bəstəkarı Alvin Lusye ölümündən dörd il sonra da süni beyin vasitəsilə musiqi bəstələməyə davam edir.

Baki-baku.az bu barədə “The Guardian”ə istinadən xəbər verir.

Məlumata görə, avstraliyalı alimlər 2018-ci ildə musiqiçiyə müraciət edərək onu “Revivification” (“Diriliş”) layihəsində iştirak etməyə dəvət ediblər.

Parkinson xəstəliyindən əziyyət çəkən 89 yaşlı bəstəkar 2020-ci ildə ağ qan hüceyrələrini elmi təcrübə üçün bağışlayıb. Alimlər bu hüceyrələrdən istifadə edərək süni beyin yaradıblar. Bəstəkar 1 dekabr 2021-ci ildə dünyasını dəyişib.
Lakin hazırda 20 mis lövhədən ibarət xüsusi sistem süni beyindən gələn siqnallara cavab verir və real vaxt rejimində akustik kompozisiya bəstələyir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как отмечает Baki-baku.az, если пересчитать меру роста Бонапарта правильно, по французским футам, то выходит 169 сантиметров