Nəşr edilmişdir 05/30/2025

Paylaşın

GÜNDƏM

İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik edib

Xorvatiyanın Baş naziri, Andrey Plenkoviç, Xorvatiya

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın Baş naziri Andrey Plenkoviçə təbrik məktubu göndərib.
Baki-baku.az-ın məlumatına görə, məktubda deyilir:
“Hörmətli cənab Baş nazir,
Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Xorvatiya arasında xoş ənənələr üzərində qurulan əlaqələrin möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Fəal siyasi dialoqumuz, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır.
Hazırda Azərbaycan ilə Xorvatiya iqtisadi-ticari, humanitar, xüsusilə də minatəmizləmə sahələrində uğurla əməkdaşlıq edirlər. Eyni zamanda ölkələrimiz arasında tərəfdaşlığın prioritet istiqamətlərdən olan enerji sektorunda əməkdaşlıq inkişaf edərək hazırda yeni müstəviyə keçmişdir. Enerji sahəsində uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət təsirini göstərir.
İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız və strateji tərəfdaşlığımız bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da güclənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına daim
əmin-amanlıq və rifah diləyirəm”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2025-ci ilin əvvəlindən bu günə kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Ən son

GÜNDƏM

Xəzər dənizində zəlzələ olub.

GÜNDƏM

Xəzər dənizində zəlzələ olub.