Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/26/2025

Paylaşın

GÜNDƏM

“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib

“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi”

26 noyabr 2025-ci tarixində Respublika Veteranlar Təşkilatında “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, polkovnik Cəlil Xəlilovun müəllifi olduğu “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varis Yolçuyev qonaqlara kitab haqqında qısa məlumat verib, kitabın dünənimiz, bugünümüz və gələcəyimiz baxımından önəmini şərh edib.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının gənclərin vətənpərvərlik tərbiyəsinin inkişafında önəmli rol oynayacağını bildirib. Professor qeyd edib ki, Prezident İlham Əliyevin müharibə və post-müharibə dönəmindəki fəaliyyətindən bəhs edən kitabda dövlətçiliyimizin tarixi baxımından çoxsaylı faktlar yer alıb ki, bu faktların gənc nəsil tərəfindən mənimsənilməsi olduqca vacibdir.

Azərbaycan Respublikası “Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru hüquq elmləri doktoru, professor Əmir Əliyev də “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının gənc nəslin təlim-tərbiyəsində əhəmiyyətli rol oynayacağına inandığını bildirib. Professor qeyd edib ki, gənc nəsil müasir biliklərə yiyələnməklə yanaşı milli tarixi dərindən bilməli, vətənin maraqlarını qətiyyətlə müdafiə etməyi bacarmalıdır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı – publisist Şərəf Cəlilli isə kitabı polkovnik Cəlil Xəlilovun Prezident İlham Əliyevə sədaqət abidəsi adlandırdı. Şərəf Cəlilli qeyd edib ki, bu kitab bir daha sübut etdi ki, polkovnik Cəlil Xəlilov Ulu öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin çağırış və tövsiyyələrini təbliğ etməkdə, tarixi həqiqətlərimizin gənc nəslə çatdırılması üçün mühüm addımlar atmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Əliyev isə çıxışında bildirdi ki, əslində kitabın adı bu kitab və onun məzmunu haqqında hər şeyi deyir və Azərbaycan həqiqətlərinin təbliği bxımından böyük hadisədir.

Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, ictimai xadim Zərifə Quliyeva “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabını polkovnik Cəlil Xəlilovun xalq qarşısındakı növbəti xidmətlərindən biri kimi dəyərləndirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

“Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoru Xəlil Qarəhmədov da kitabın tarixi-siyasi önəminə diqqət çəkib, sözügedən kitabın cəmiyyətdə böyük maraqla qarşılanacağını əminliyini vurğulayıb.

Tədbir zamanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, Birinci Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov 90 illik yubiley münasibətilə Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırıb.

Sonda çıxış edən polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarına təşəkkür edib, Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarix xidmətlərinin heç zaman unudulmayacağını, hər zaman böyük sevgi və minnətdarlıq hissi ilə xatırlanacağını bildirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin