Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/24/2026

Paylaşın

GÜNDƏM

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin “01.AI” və “Sinovation Ventures” şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın “TEHA Group” şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbəri Filippo Malinvernonu qəbul edib.

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar qəbula görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Onlar Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklərini dedilər və bu tədbirin əhəmiyyətinə toxunublar.

Prezident İlham Əliyev ölkəmizin həm Çin, həm də İtaliya ilə sıx münasibətlərinin olduğunu vurğulayıb, hər iki ölkədən olan iş adamlarının Azərbaycana sərmayə yatırdıqlarını bildirib.

Söhbət zamanı “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edildiyi xatırlanıb, ölkəmizdə mövcud əlverişli biznes mühitinə toxunuldu, yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün yaradılmış münbit şəraitdən bəhs olunub.

Görüşdə yaşıl enerji, kibertəhlükəsizlik, təhsil və digər sahələrdə süni intellektin praktiki tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, ölkəmizlə bu şirkətlər arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Vaxtilə bir-biri ilə qonşu olan şəhərlərdə saatlar fərqli vaxtı göstərə bilərdi və heç kim onları nasaz hesab etməzdi

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin