Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/08/2025

Paylaşın

HƏR ŞEYDƏN

“İlahi, nə baş verdi?” – Şahzadə Diananın faciədən əvvəl dediyi son sözlər ortaya çıxdı

Şahzadə Diana, Böyük Britaniya

1997-ci il avqustun 31-də Parisdə baş verən dəhşətli avtomobil qəzasında həyatını itirən Böyük Britaniya şahzadəsi Diananın son anlarında dediyi sözlər illər sonra açıqlanıb.

Bu barədə Baki-Baku.azRadar Online”a istinadla xəbər verir.

Hadisə yerinə ilk çatan şəxslərdən biri – peşəkar yanğınsöndürən və xilasedici Ksavye Qurmelon, şahzadənin son anlarına şahidlik edib. O bildirir ki, qəza baş verdikdən dərhal sonra hadisə yerinə gələn xilasedici qrupun tərkibində olub və avtomobilin arxa oturacağında olan Dianaya ilk yaxınlaşan şəxs məhz o olub.

“Onu ilk dəfə görəndə ayıq idi, gözləri açıq idi. Qarşımda kimin olduğunu dərhal anlamadım. Lakin təcili tibbi yardım işçiləri onu maşına aparmağa başlayanda anladım ki, bu, dünyanın ən məşhur qadınlarından biridir”, – deyə Ksavye xatırlayıb.

Qurmelonun sözlərinə görə, şahzadə Diana həmin anda onunla göz-gözə gəlib və son sözləri bu olub:
“İlahi, nə baş verdi?”

O, dərhal Dianaya ürək masajı və süni nəfəs verib. Nəticədə şahzadə bir müddətlik yenidən nəfəs almağa başlayıb. Daha sonra o, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin bütün səylərə baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər. Diananın ölümü həmin gecə, səhər saat 4 radələrində rəsmən elan olunub.

Qeyd edək ki, 36 yaşlı şahzadə ilə birlikdə sevgilisi, 42 yaşlı Dodi Fayed və avtomobilin sürücüsü də faciədə həlak olub. Onların minik avtomobili Parisin mərkəzində, Pont de l’Alma tunelində yüksək sürətlə hərəkət edərkən idarəetmədən çıxaraq divara çırpılıb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu mətbəxin ən ləzzətli miraslarından biri – fəsəli, sanki xalqımızın həyat fəlsəfəsini xəmirin qatlarına bürüyərək bizə təqdim edir.

Ən son

HƏR ŞEYDƏN

Monqolustan – qədim adətlərin müasir dünyanın təzyiqi altında yox olmadığı ölkədir

HƏR ŞEYDƏN

Monqolustan – qədim adətlərin müasir dünyanın təzyiqi altında yox olmadığı ölkədir
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin