Bakıda yerləşən İkinci Fəxri xiyaban iyunun 1-dən təmirə bağlanıb.
Baki-baku.az xəbər verir ki, bu səbəbdən hazırda xiyabana yalnız şəhidlərin ailə üzvlərinin girişinə icazə verilir.
Məlumata görə, təmir bütün xiyabanı əhatə edəcək. Vətən yolunda qəhrəmanlıqla həlak olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə üzərinə “Şəhidlər ölməz” yazısı qeyd olunacaq ümumi abidənin ucaldılması nəzərdə tutulur.
Təmir sentyabrın 27-dək başa çatacaq.
27 sentyabr – Anım Günü İkinci Fəxri xiyaban yenidən ziyarətçilərin ixtiyarına veriləcək.