Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/14/2025

Paylaşın

GÜNDƏM

İkinci Fəxri xiyaban təmirə bağlandı

Bakıda yerləşən İkinci Fəxri xiyaban iyunun 1-dən təmirə bağlanıb.
Baki-baku.az xəbər verir ki, bu səbəbdən hazırda xiyabana yalnız şəhidlərin ailə üzvlərinin girişinə icazə verilir.
Məlumata görə, təmir bütün xiyabanı əhatə edəcək. Vətən yolunda qəhrəmanlıqla həlak olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə üzərinə “Şəhidlər ölməz” yazısı qeyd olunacaq ümumi abidənin ucaldılması nəzərdə tutulur.
Təmir sentyabrın 27-dək başa çatacaq.
27 sentyabr – Anım Günü İkinci Fəxri xiyaban yenidən ziyarətçilərin ixtiyarına veriləcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının Nəsimi rayonu, Mir Cəlal küçəsində sakinlər tərəfindən yaradılan qanunsuz parklanma yerləri sökülüb.