Nəşr edilmişdir 04/21/2025

Paylaşın

GÜNDƏM

İkinci Dünya müharibəsi iştirakçılarına 2 500 manat veriləcək

İkinci dünya, İkinci Dünya Müharibəsi, 9 May

Prezident İlham Əliyev 1941-45-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.

Baki-baku.az President.az-a istinadən xəbər verir ki, sərəncamla İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar 1941-45-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500 (iki min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250 (bir min iki yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilir.

Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3.2 milyon (üç milyon iki yüz min) manat vəsait ayrılır.

Maliyyə Nazirliyinə həmin vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etmək, ƏƏSMN-ə birdəfəlik maddi yardımın bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az AZAL-a istinadla xəbər verir ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Ən son

MEMARLIQ

Bakı şəhərinin tarixi memarlıq baxımından böyük əhəmiyyətə malik məkanları sırasında Dənizkənarı Milli Parkın adı iftixar

MEMARLIQ

Bakı şəhərinin tarixi memarlıq baxımından böyük əhəmiyyətə malik məkanları sırasında Dənizkənarı Milli Parkın adı iftixar