Nəşr edilmişdir 01/22/2025

Paylaşın

GÜNDƏM

İƏT-in Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək

E9ED4723-1E79-4F45-A35A-7E5F50FE32CA

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək.
Baki-Baku.az xəbər verir ki, bununla bağlı məsələ “İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ndə əksini tapıb.
Nizamnamənin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, mərkəz bərpa olunan enerji və enerji səmərəliliyi üzrə inkişafı təşviq edir və İƏT Üzv Dövlətlərinin milli təsisatlarının imkanlarını artırır.
İƏT-in Təmiz Enerji Mərkəzi təşkilat regionunda aşağı karbonlu layihə fəaliyyətlərinin həyata keçirilməsinə kömək məqsədilə dayanıqlı enerji məsələləri üzrə dəstək verir və maliyyə və texniki imkanları səfərbər edir.
“İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ən son

TARİXİMİZ

Ən gözəl şəhərlərdə nəqliyyat vasitəsi kimi tramvay, trolleybus, metro və digərləri  ilə yanaşı, funikulyor da

TARİXİMİZ

Ən gözəl şəhərlərdə nəqliyyat vasitəsi kimi tramvay, trolleybus, metro və digərləri  ilə yanaşı, funikulyor da