Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/03/2025

Paylaşın

İdman, SAĞLAMLIQ VƏ GÖZƏLLİK

İdman zalının görünməyən tərəfləri: Sağlamlıq qazanmaq, yoxsa itirmək?

İdman zalı

İdman sağlam həyatın ayrılmaz hissəsi hesab olunur. İnsanlar formada qalmaq, artıq çəkidən qurtulmaq və özünü daha gümrah hiss etmək üçün idman zallarına üz tutur.

Baki-baku.az-ın məlumatına görə, bəzən idmanın faydaları zərərə çevrilə bilər.

Əgər məşqlər düzgün yanaşma olmadan aparılarsa, sağlamlıq qazanmaq əvəzinə bədənin zədələnməsi riski artar.

İdman zalına getmək həm bəylər, həm də xanımlar üçün bir çox müsbət tərəfləri var. Belə ki, müntəzəm məşq artıq çəkinin azalmasına, əzələlərin möhkəmlənməsinə və ürək-damar sağlamlığının güclənməsinə kömək edir. Fiziki fəaliyyət xoşbəxtlik hormonu – endorfin ifrazını artırır və gündəlik gərginlikdən çıxış yolu yaradır.

Eyni zamanda zalın enerjili ab-havası, kollektiv məşqlər və peşəkar məşqçilərin dəstəyi insanı davamlı olmağa sövq edir. Ev şəraitində əldə etmək mümkün olmayan trenajorlar orqanizmin hər bir hissəsini inkişaf etdirmək imkanı verir.

Qeyd edək ki, idman zallarında rastlaşacağımız mənfi məqamlar da var. Yanlış texnika ilə edilən hərəkətlər bel, boyun və diz oynaqlarında ciddi problemlərə səbəb ola bilər. Bir çox insan qısa müddətdə nəticə görmək istəyir. Bu isə ürək-damar sisteminə yük salaraq hətta infarkt riskini artıra bilər.

Bunan əlavə zal avadanlıqlarının düzgün təmizlənməməsi dəri infeksiyaları, göbələk və virusların yayılmasına şərait yaradır. Təcrübəsiz məşqçilər və ya düzgün istiqamət göstərilməməsi sağlamlıq əvəzinə xəstəlik gətirə bilər.

Hər bir məşqçidən yalnız texnikanı göstərmək deyil, həm də hər bir idmançının fərdi sağlamlıq vəziyyətini nəzərə almaq tələb olunur. Yeni başlayanlara yüngül proqram tərtib olunmalıdır. Əvvəlcə isinmə və dartılma hərəkətləri mütləq edilməlidir. Məşqçi təlimat zamanı insanın yaşı, çəkisi, sağlamlıq vəziyyəti barədə məlumat almalıdır.

İdman zalı həm bədəni, həm də ruhu möhkəmləndirə bilər. Amma yalnız dozalı məşq, gigiyenaya diqqət, peşəkar rəhbərlik və şəxsi məsuliyyət bu prosesi faydalı edir. Əks halda, “sağlamlıq qazanmaq” arzusu sağlamlıq itkisinə çevrilə bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Ən son

GÜNDƏM

Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.

GÜNDƏM

Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin