Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/01/2025

Paylaşın

GÜNDƏM

IDEA məktəblilər üçün Ekopark İnnovasiya Mərkəzinə ekskursiya təşkil edib

Ekopark İnnovasiya Mərkəzi

IDEA İctimai Birliyinin təşəbbüsü ilə müxtəlif orta məktəbləri təmsil edən 100-dən çox şagird EKOL-un Ekopark İnnovasiya Mərkəzində ekskursiyada olub.

Baki-baku.az xəbər verir ki, ilk olaraq şagirdlər üçün ətraf mühitin qorunmasının əhəmiyyəti və Ekoparkda təhlükəsizlik qaydalarına dair infosessiya keçirilib.

Daha sonra onlar park ərazisində həm əyləncəli, həm də maarifləndirici ekskursiyada iştirak ediblər.

Ekskursiya çərçivəsində məktəblilər ətraf mühitin mühafizəsi, sənaye tullantılarının idarəolunması, bu istiqamətdə görülən işlər, rekultivasiya prosesi, abadlaşdırma və digər innovativ layihələrlə tanış olublar. Sonda isə şagirdlər dibçəklərə ting və güllər əkərək təbiətin yaşıllaşdırılmasına öz töhfələrini veriblər.

IDEA İctimai Birliyi planetimizin mühafizəsində gələcək nəsillərin, xüsusən də uşaqların rolunu nəzərə alaraq, onların bu sahədə maarifləndirilməsi, ekoloji dünyagörüşünün formalaşdırılması və yaradıcı ideyalarının reallaşdırılması məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilib

Ən son

TARİXİMİZ

Azərbaycanın paytaxtı Bakı ilə Almaniyanın Mayns şəhərinin qardaşlaşması iki ölkə arasında çoxəsrlik əlaqələr, humanist dəyərlər

TARİXİMİZ

Azərbaycanın paytaxtı Bakı ilə Almaniyanın Mayns şəhərinin qardaşlaşması iki ölkə arasında çoxəsrlik əlaqələr, humanist dəyərlər
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin