Nəşr edilmişdir 06/12/2025

Paylaşın

GÜNDƏM

IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib

v3CpiXpWqdC3mmlvRfeQgjw7oP6wchVZeUl0EQ5Y_1200

İyunun 11-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə dəniz mövsümünün başlanması ərəfəsində Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksiyası təşkil olunub.
Baki-baku.az xəbər verir ki, “Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyada 50 IDEA könüllüsü iştirak edib. Aksiya zamanı iki tona yaxın tullantı toplanaraq Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.
Aksiyanın əsas məqsədi vətəndaşlar arasında sahilyanı ərazilərdə təmizlik qaydalarına əməl olunmasını təşviq etmək, dənizkənarı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və ictimaiyyəti Xəzər dənizi və ətraf mühitin mühafizəsi istiqamətində səfərbər etməkdir.
Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir.
IDEA İctimai Birliyi dəniz mövsümünün başlanması ərəfəsində vətəndaşları çimərliklərdə istirahət edərkən ətraf mühitin mühafizəsinə həssas yanaşmağa, sahilləri təmiz saxlamağa, tullantıları ətrafa atmamaqla məsuliyyətli davranış sərgiləməyə və yaranmış tullantıları özü ilə aparmağa çağırır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.