Nəşr edilmişdir 06/02/2025

Paylaşın

GÜNDƏM

İçərişəhərdə eyni anda 300-dən artıq avtomobilin olmasına icazə verilməyəcək

İçərişəhərdə, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

İçərişəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklərin tətbiqinə başlanılıb.
Bu barədə Baki-baku.az-a İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, yeni tənzimləməyə əsasən Qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobil ilə məhdudlaşdırılıb.
Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri-rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nağdsız qaydada (azparking, post terminal və s.) mümkündür.
Bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və memarlıq irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyada yönümlü məkan yaratmağa xidmət edir.
Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə Qoruq ərazisinə daxil olunmaması xahiş olunur. Anlayış və dəstəyiniz üçün təşəkkür edirik.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevi təbrik edib.

Ən son

GÜNDƏM

“Film sənayesi” sözünü eşidəndə əksəriyyətimizin zehnində dərhal parlaq Hollivud işıqları canlanır.

GÜNDƏM

“Film sənayesi” sözünü eşidəndə əksəriyyətimizin zehnində dərhal parlaq Hollivud işıqları canlanır.