Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/22/2025

Paylaşın

GÜNDƏM

“İçərişəhər” stansiyasında mətbuatının 150 illiyi münasibətilə xüsusi sərgi təşkil edilib

Bakı Metropoliteni və “Azərsun Holdinq” Azərbaycan mətbuatının 150 illiyi münasibətilə “İçərişəhər” stansiyasında xüsusi sərgi təşkil edib.
Baki-baku.az xəbər verir ki, sərgidə “Əkinçi” qəzetindən başlayaraq müxtəlif dövrlərdə fəaliyyət göstərmiş mətbu nəşrlər, görkəmli jurnalist və redaktorların fəaliyyəti, milli mətbuatımızın zəngin və keşməkeşli tarixini əks etdirən arxiv fotolar nümayiş olunur.
Layihənin məqsədi Azərbaycan mətbuatının keçdiyi yola işıq salmaq, onun formalaşmasında əvəzsiz rolu olan şəxsiyyətləri cəmiyyətə tanıtmaq və maarifləndirməni təşviq etməkdir.
Sərgi iyulun 21-dən etibarən bir həftə boyunca sərnişinlərin ziyarətinə açıqdır.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az saytının müraciətindən sonra Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən əraziyə baxış keçirilib