Nəşr edilmişdir 06/04/2025

Paylaşın

GÜNDƏM

“İçərişəhər” Muzey Mərkəzinə direktor təyin olundu

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib.

Baki-baku.az xəbər verir ki, bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin olunub.

Qeyd edək ki, o, fəaliyyətinə 1988-ci ildə Azərbaycan Xalça Muzeyində başlayıb, 1994-2005-ci illərdə İstiqlal Muzeyinin direktoru vəzifəsində çalışıb. 2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub.

2021-2025-ci illərdə müxtəlif muzey layihələrinə rəhbərlik etmiş və ekspert qismində iştirak edib. Bu dövrdə onun bilavasitə iştirakı ilə bir çox konseptual təşəbbüslər və təşkilati işlər həyata keçirilib.

Azərbaycan mədəniyyətinin təbliği, muzey işinin təkmilləşdirilməsi sahəsindəki xidmətlərinə görə Azadə Hüseynova Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 yanvar tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində Qurban bayramı günü, iyunun 6-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib.