Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/01/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

İbrahim bəy Cahangirzadə – Anadoluda Cümhuriyyət quran, Malta adasına sürgün olunan azərbaycanlı

“İllərdir Vətənim, millətim üçün əzab-əziyyət çəkib mübarizə apardıqdan sonra qocalıqda belə tənha, köməksiz qalmamalı idim…”

Qarsda bir əzəmətli memorial abidə, bir də gözəl bir park var. Səndən, məndən, özünü türk-azərbaycanlı adlandırıb Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, azərbaycanlıyam!” nidası ilə tarix yaradan hər kəsdən nişanədir.

Soykökü, şəcərə dəftəri ilə Azərbaycana bağlı olan İsmayıl bəy Cahangirzadəyə aid olan bu gözəlliklərdə bizim qəlbimiz döyünür, Əbədi İstiqlal sevdamız boy verir! Sovet dönəmində Cahangirovlar kimi tanınan, kökləri Qərbi Anadoludakı Aydınoğulları bəyliyinə gedib çıxan Cahangirzadələrə bağlı olan İsmayıl Bəy Cahangirzadə 1874-cü ildə anadan olub. Onun 8 yaşı olanda ailəsi Qarsa köçüb. Kiçik yaşlarından türkçülük ruhu və sevdası ilə böyüyüb tərbiyə alan İbrahim bəy 15 yaşında Qarsdakı Çar Rusiyasına aid olan Kazak Alayına daxil olub. 5 il burada hərbi təlim aldıqdan sonra 1904-cü ildə gizli fəaliyyət göstərən İslam Cəmiyyəti ilə əlaqəsi olduğuna görə həbs edilərək Çar Rusiyası tərəfindən süürgünə göndərilib.

Şah rejiminə qarşı mücadilə edən birliklərin başında dayanıb

Sürgün müddəti bitdikdən, 6 aylıq işgəncələrdən sonra o, Qarsa qayıdaraq yenidən siyasi fəaliyyətini davam etdirib. 1905-1906-cı illərdə ermənilərin törətdiyi soyqırımları zamanı İbrahim bəyin qardaşları Həsən bəy və Aydın bəy Qarabağda mübarizəyə qoşulub. İbrahim bəyin özü isə Bakıda və Gəncədə fəaliyyət göstərən “Difai” təşkilatının rəsmi simalarının əmrlərini yerinə yetirib. Bununla yanaşı o həm də, “İttihad və Tərəqqi” Partiyasının Ərzurum təşkilatına qoşularaq 1907-ci ildə Güney Azərbaycan hərəkatına töhfədə bulunub. Şah rejiminə qarşı mücadilə edən birliklərin başında dayanıb.

Getdikcə artan nüfuzu İbrahim bəy Cahangirzadəni Qurtuluş Savaşının qəhrəmanlarından birinə çevirib

1917-ci ilin oktyabrında kiçik bir hərbi qüvvə ilə Van bölgəsinə keçən İbrahim bəy Cahangirzadə 1913-cü ildə “İttihad və Tərəqqi” Partiyasının rəhbərliyi tərəfindən İstanbula dəvət edilib. Bununla yanaşı, Qafqaz Könüllü Taboru İbrahim bəyin komandanlığı altında Ədirnənin geri alınmasına nail olub. Getdikcə artan nüfuzu, Ədirnənin fəthi, Güney Azərbaycan hərəkatı, Bakı və Gəncə soyqırımları zamanı “Difai”nin tərkibində əldə etdiyi nailiyyətlər İbrahim bəy Cahangirzadəni qısa zaman kəsiyində Qurtuluş Savaşının qəhrəmanlarından birinə çevirib. Birinci Dünya Müharibəsi zamanı Ənvər Paşa onu İran və İraq cəbhələrinə göndərib. Gərgin döyüşlərdən sonra 1918-ci ildə İstanbula dəvət edilən İbrahim bəy Cahangirzadə Fəxri Alay Komandanı rütbəsi ilə təltif edilərək Yaqub Şövqi Paşanın sərəncamına verilib. Şövqi Paşanın sərəncamı ilə Şörəyel mahalında rəhbərliyə başlayan İbrahim bəy Mudros sülh müqaviləsi imzalanana qədər vəzifəsini davam etdirib. Qars, Ərdahan və Batumdan çıxmağa məcbur olan Osmanlıda vəziyyətin gərginləşməsi, Qurtuluş Savaşının daha böyük çətinliklərlə üzləşməsi İbrahim bəyi yerli əhalini təşkilatlandırmağa, Çar Rusiyası və Antanta qüvvələri ilə mübarizəyə səfərbər etməyə məcbur edib.

İbrahim bəy Cahangirzadə yeni yaradılan Cənubi – Qərbi Qafqaz Hökumətinin başçısı seçilib

Əldə olunan məlumatlardan bəlli olur ki, 1918-ci ildə Ömər Faiq Nemanzadənin rəhbərliyi ilə Axısqa Müvəqqəti Hökuməti yaradılıb. Noyabrın 3-də mərkəzi İğdır olan Araz-Türk Cümhuriyyəti qurulub. İbrahim bəy hökumətin müdafiə naziri seçilir. Yerli əhalinin müdafiəsi üçün 20-dən çox tabor təşkil edilib. Bu hərbi birləşmələr Naxçıvan, Vedibasar, Şərur, Dərələyəz, Qəmərli və digər yörələrdə erməni daşnaklarının törətdikləri vəhşiliklərin qarşısını alıb. Siyasi proseslər irəlilədikcə 1919-cu ilin yanvarında Cənubi – Qərbi Qafqaz Hökuməti təşkil edilib. İbrahim bəy Cahangirzadə hökumət başçısı seçilib. 1919-cu il martın 25-i isə Hökumət özünü Cümhuriyyət olaraq elan edib.

Qısa zaman kəsiyində fəaliyyət göstərməsinə baxmayaraq Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti milli mücadilə tariximizdə dərin iz qoyub

İbrahim bəy Cahangirzadənin, yerli əhalinin bu addımı ingilis hərbi birləşmələri ilə Qars hökuməti arasındakı gərginliyi bir qədər də artırıb. 1919-cu il aprelin 13-də Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin parlamanına daxil olan ingilislər hökumətin bütün üzvlərini bir göz qırpımında qətlə yetirib. İbrahim bəy Cahangirzadə və digər rəsmi simalar həbs edilərək Malta adasına sürgün olunub. Qısa zaman kəsiyində fəaliyyət göstərməsinə baxmayaraq Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti Araz-Türk Cümhuriyyəti, Naxçıvan Milli Şurası, Qarapapaq Türk Cümhuriyyəti, Axısqa Müvəqqəti Hökuməti, Azərbaycan Xalq Cümhuriyyəti kimi milli dövlətçilik tariximizdə mühüm mərhələyə çevrilib, milli mənlik, milli kimlik və milli mücadilə tariximizdə dərin iz qoyub. Bu torpaqların tarixi sakinlərinin, sahiblərinin iradəsinin, əzminin, sonsuz, hüdudları məlum olmayan Vətən sevgisinin simgəsinə, bəlgəsinə çevrilib.

Atatürkün iradəsi ilə Qars şəhər bələdiyyəsinə sədr təyin olunub

Əldə olunan məlumatlardan bəlli olur ki, sürgündən sonra İbrahim bəy Qarsa dönüb. Atatürkün iradəsi ilə 1921-ci il iyulun 9-da Qars şəhər bələdiyyəsinə sədr təyin olunub. İsmət İnönü tərəfindən ona qarşı irəli sürülən yersiz ittihamlar və təzyiqlər üzündən Ənvər Paşa və Nuru Paşa kimi 1927-ci ildə tutduğu vəzifədən azad olunub. Üstündən bir neçə ay keçdikdən sonra Ankaraya –  Cankaya köşkünə gedərək üstünə atılan ittihamların ləğv edilməsinə nail olan İbrahim bəy Cahangirzadə bütün təhdidlərə rəğmən haqlı olduğunu sübut edib.

Qarsda – milli mücadiləsinin ünvanında torpaq müqəddəsliyinə qovuşmuşdu

Bütün həyatını millətinin tərəqqisinə, Qurtuluş Savaşının uğurla başa çatmasına, erməni daşnaklarının törətdiyi soyqırımlardan, ingilis hərbi birləşmələrindən, Çar Rusiyası cəlladlarından təmizlənməsinə, Əbədi İstiqlalın əldə edilməsinə həsr edən İbrahim bəy Cahangirzadə səfalət içərisində yaşadığı illərdə Qazi Mustafa Kamal Paşadan sonra iqtidara gələn İsmət İnönüyə məktub yazaraq durumu barədə məlumat verib, tarixi xidmətlərini yada salıb: “Mən 6 uşaq atasıyam… İllərdir Vətənim, millətim üçün əzab-əziyyət çəkib mübarizə apardıqdan sonra qocalıqda belə tənha, köməksiz qalmamalı idim…”

Qısa müddət sonra Baraltan körpüsündə 100 Azərbaycan Legionun bolşevik Rusiyasına təhvil verən İsmət İnönünü tarixi şəxsiyyətlərə, Qurtuluş Savaşının qəhrəmanlarına qeyri-insani davranışına görə ittiham edib. İttihamın haqlı olduğunu nəzərə alan, əslində Cümhuriyyət qurucularından, Qurtuluş Savaşının memarlarından birinin – İbrahim bəy Cahangirzadənin ittihamlarından sarsılan İsmət İnönü onun ev, tarla və İstanbulun Sirkəçi bölgəsində otellə təmin olunmasına göstəriş versə də, artıq İbrahim bəy qürurunun qurbanına çevrilmiş, iflic olmuşdu. 1948-ci il mayın 19-da dünyaya vida nəğməsi oxuyan İbrahim bəy Cahangirzadə Qarsda – milli mücadiləsinin ünvanında torpaq müqəddəsliyinə qovuşmuşdu.

Qarsda bir əzəmətli memorial abidə, bir də gözəl park var. Səndən, məndən, özünü türk-azərbaycanlı adlandırıb Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, azərbaycanlıyam!” nidası ilə tarix yaradan hər kəsdən nişanədir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd

Ən son

GÜNDƏM

Bu gün – oktyabrın 1-də Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı qeyd olunur. Bu tarix həm

GÜNDƏM

Bu gün – oktyabrın 1-də Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı qeyd olunur. Bu tarix həm
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin