Nəşr edilmişdir 03/14/2025

Paylaşın

GÜNDƏM

Hər il martın 14-də qeyd olunan “Pi” günü

"Pi günü", Riyaziyyat, Elm, Fizika, Pi, Nyuton, Pi Günü Müsabiqəsi, Təhsil

Dünyada məktəblilərdən tutmuş alimlərə qədər bütün riyaziyyat həvəskarları 14 martda “Pi” gününü qeyd edirlər. “Pi” ədədinin ən çox istifadə olunan yuvarlaqlaşdırılmış qiyməti 3,14-dür.
Baki-baku.az xəbər verir ki, “Pi” günü ilk dəfə 1988-ci ildə fizik Larri Şounun San-Fransiskodakı Exploratorium elm muzeyində qeyd olunub. 2009-cu ildə ABŞ Konqresinin Nümayəndələr Palatası riyaziyyat və elmə marağı daha çox stimullaşdırmaq üçün hər il martın 14-nü “Pi” günü elan edib. Bu gün Azərbaycanın məktəblərində və universitetlərində də qeyd olunur.

"Pi günü", Riyaziyyat, Elm, Fizika, Pi, Nyuton, Pi Günü Müsabiqəsi, Təhsil


“Pi” çevrənin uzunluğunun onun diametri ilə nisbətinə bərabər olan riyazi sabitdir. O, həm də sonsuzdur, yəni riyazi olaraq irrasionaldır. Rəqəmsallaşmadan çox-çox əvvəl İsaak Nyuton kimi alimlər “Pi”ni hesablamaq üçün çox vaxt sərf ediblər. Müasir dövrdə mürəkkəb kompüterlərdən istifadə edilərək “Pi” üçün sonu olmayan trilyonlarla ədədlər tapılıb. Bu ədəd “periferiya” və “perimetr” sözlərindəki ilk hərfə görə “Pi” adlanıb. Yunan əlifbasının “π” hərfi ilə işarə olunur.

"Pi günü", Riyaziyyat, Elm, Fizika, Pi, Nyuton, Pi Günü Müsabiqəsi, Təhsil


“Pi” antenanı peykə doğru yönəltmək üçün açar hesab olunur. O, emal avadanlığı üçün lazım olan nəhəng silindrin ölçüsündən tutmuş printerlərdə istifadə olunan kağız rulonlarının ölçüsünədək hər şeyi anlamağa kömək edir. NASA orbitlərin, planetlərin və digər göy cisimlərinin mövqelərini, raket hərəkətini, kosmik gəmilərlə əlaqəni ölçmək üçün “Pi”dən istifadə edir. Alimlər onun yalnız doqquz rəqəmindən istifadə edərək Yerin çevrəsini dəqiq hesablaya biliblər.
“Pi” ədədinin vergüldən sonrakı rəqəmlərini əzbərləmək üzrə dünya rekordu 21 yaşlı hindistanlı tələbə Rajvir Minaya məxsusdur. O, 2015-ci ilin mart ayında vergüldən sonra 70 min rəqəmi 9 saat 27 dəqiqə ərzində söyləyib.

"Pi günü", Riyaziyyat, Elm, Fizika, Pi, Nyuton, Pi Günü Müsabiqəsi, Təhsil


Bu gün “Pi” ədədinin şərəfinə bəşəriyyət tarixindəki rolu vurğulanır, dünyanın antiutopik mənzərələri çəkilir, yunan “π” hərfinin və ya ədədin ilk rəqəmlərinin təsviri olan “pi-piroq” (“Pi pie”) bişirilir və yeyilir, “pi” ilə başlayan içkilər içilir və oyunlar oynanılır, riyazi tapmacalar və bilməcələr həll edilir, bu ədədlə əlaqəli əşyaların ətrafında dairəvi rəqslər edilir.
NASA hər il online formatda “Pi Günü Müsabiqəsi” keçirir və iştirakçılara bununla bağlı çoxlu oyun və tapmacalar təklif edir.

"Pi günü", Riyaziyyat, Elm, Fizika, Pi, Nyuton, Pi Günü Müsabiqəsi, Təhsil

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

Ən son

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən