Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/19/2025

Paylaşın

GÜNDƏM

Hövsan kanalının çirklənməsinə görə vəzifəli şəxslər cərimələndi

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsi və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 1 saylı Bakı Regional Bölməsi tərəfindən bu ilin aprel ayından etibarən aparılan monitorinqlər zamanı aşkarlanan nöqsanların sayı əhəmiyyətli dərəcədə azalıb”.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, bu sözləri Xidmətin 1 saylı Bakı Regional Bölməsinin rəisi Zaur Hüseynov bildirib.
Bölmə rəisi qeyd edib ki, Abşeron suvarma kanalında inzibati xəta yaratmayan 338 ünvanda su götürmə hallarına rast gəlinib. Aparılan araşdırmalar nəticəsində həmin halların 277-nin qanunsuz olduğu müəyyən edilib və qanunsuz qoşulmalar dərhal aradan qaldırılıb.
Qeyd edilib ki, Xidmətin Bakı Regional Bölməsi tərəfindən ümumilikdə 134 inzibati xəta haqqında protokol tərtib olunub. Onlardan 18-i hüquqi, 31-i vəzifəli, 85-i isə fiziki şəxslərə aiddir.
Bölmə rəisinin sözlərinə görə, Hövsan kanalının çirkləndirilməsi ilə bağlı 2 hüquqi və 5 vəzifəli şəxs barəsində inzibati protokol tərtib olunub və məhkəmə qərarı ilə cərimə tətbiq edilib. Göllərin doldurulması ilə bağlı 4, çirkləndirilməsi üzrə isə 25 inzibati protokol rəsmiləşdirilib.
Əlavə olaraq vurğulanıb ki, Xəzər dənizinə münasibətdə də qanun pozuntuları qeydə alınıb, ümumilikdə 15 protokol tərtib edilib. Bunlardan 5-i çirkləndirmə, 10-u isə sahil mühafizə zolağının zəbt edilməsi ilə bağlıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusuna həsr olunmuş

Ən son

HƏR ŞEYDƏN

Tayra və Minamoto klanları arasında müharibə başlayanda Tomoe həyat yoldaşı olan Minamoto döyüşçüsünün tərəfini seçdi

HƏR ŞEYDƏN

Tayra və Minamoto klanları arasında müharibə başlayanda Tomoe həyat yoldaşı olan Minamoto döyüşçüsünün tərəfini seçdi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin