Nəşr edilmişdir 05/14/2025

Paylaşın

GÜNDƏM

Hitlerin sevimlisi yəhudi əsilli xanım olub

IMG-20250514-WA0021

“Bəzi insanlar hər hansı sevincimi korlamaqda əsl istedada sahibdirlər”

İlk baxışdan bu foto böyük bir xoşbəxtliyin təsviri kimi görünür: gülümsəyən bir kişi mehriban bir qızı qucaqlayır.
Lakin diqqətlə baxdıqda məlum olur ki, həmin kişi – Üçüncü Reyxin lideri, altı milyon yəhudinin qətliamına səbəb olan Adolf Hitlerdir. Qucaqlaşdığı qız isə – yəhudi qız Roza Bernil Nienaudur.
Adolf Hitlerin bu qıza simpatiyası uzun müddət davam etmiş, onun yəhudi əsilli olması belə bu münasibətə mane olmamışdı. Bu qeyri-adi dostluq yalnız beş il sonra, nasist partiyasının ali rəhbərliyi məsələyə müdaxilə etdikdən sonra sona çatmışdır.
Hazırda ABŞ-ın Merilend ştatında yerləşən Alexander Historical auksion evi həmin nadir 1933-cü il fotosunu satışa çıxarıb.
Auksion mütəxəssisləri bu fotonun Hitlerin şəxsi fotoqrafı olan Henrix Hoffman tərəfindən çəkildiyini və onun 10 min ABŞ dollarına qədər qiymətləndirilə biləcəyini bildirirlər.
“Hitler tez-tez uşaqlarla foto çəkdirirdi – bu, təbliğat məqsədi daşıyırdı. Amma bu fotoda qeyri-adi olan odur ki, görünür, o, həqiqətən bu qıza simpatiya bəsləyirdi”, – deyə auksion evi qeyd edir.

“Hitlerin sevimlisi”

Roza ilə Adolf Hitlerin tanışlığı onun doğum günlərindən birində baş verib. Auksion evinin məlumatına görə, 1933-cü ildə Hitlerin Berqhofdakı Alp dağ evinin qarşısına toplaşan izdihamın içərisində Roza və anası Karolina da olub.
Hitler qızın da doğum gününün həmin gün olduğunu öyrəndikdə, onları evə dəvət edib. Məhz həmin anlar fotoaparatın yaddaşına köçürülüb.
Bir müddət sonra məlum olur ki, Rozanın nənəsi yəhudi imiş və bu fakt nasist qanunvericiliyinə əsasən Rozanı da yəhudi saymağa əsas verirdi.
Lakin bu, Hitleri qızla ünsiyyətini davam etdirməkdən çəkindirmədi. O, Rozaya “Əziz və mehriban Roza Nienauya – Adolf Hitlerdən. Münhen, 16 iyun 1933-cü il” imzalı foto hədiyyə edir.
Roza fotonu bəzəyərək üzərinə çiçəklər çəkir və öz möhürünü də vurur.
O, 1935-1938-ci illər arasında Hitlerə və onun köməkçisi Vilhelm Bruknerə azı 17 məktub yazır.
Nəhayət, 1938-ci ildə Hitlerə yaxın şəxslərdən olan Martin Borman Roza və anasına əlaqələri dayandırmaq barədə göstəriş verir.
Fotoqraf Hoffman özünün “Hitler mənim dostum idi” adlı kitabında bu hadisəyə toxunaraq, Hitlerin bu qadağadan narazı qaldığını belə sitatla təsvir edir:
“Bəzi insanlar hər hansı sevincimi korlamaqda əsl istedada sahibdirlər.”
Kitaba daxil edilən başqa bir fotoda yazılıb:
“Hitlerin sevimlisi – onu, ta ki kimsə onun saf ari olmadığını aşkarlayana qədər Berqhofda görməkdən zövq alırdı”
Bu münasibətlərin qırılmasından bir il sonra İkinci Dünya Müharibəsi başladı. Altı il davam edən müharibənin sonunda altı milyon yəhudi qətlə yetirildi.
Roza isə müharibənin sonunu görə bilmədi – o, 1943-cü ildə, ilk dəfə Hitlerlə görüşündən 10 il sonra, Münhendəki xəstəxanada poliomielitdən vəfat etdi. Onun cəmi 17 yaşı var idi.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Prezidenti İlham Əliyev paraqvaylı həmkarı Santyaqo Penyaya təbrik məktubu göndərib.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

1913-cü il yayının bir günü Bakıdakı tacir evlərindən birində bir qız uşağı doğuldu.

TARIXI ŞƏXSİYYƏTLƏR

1913-cü il yayının bir günü Bakıdakı tacir evlərindən birində bir qız uşağı doğuldu.