Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/21/2026

Paylaşın

TARİX

Hirayi-nur – Peyğəmbər əleyhisəlamın hüzur bulub, müjdə aldığı məkan

Cəbrayılın (s.ə.s.) nur taxtını qurduğu, “İkr!” – “Oxu!” nidasının boy verdiyi müqəddəs məqam

Dünyanın dəyərlər tarixini dəyişən ünvanlardan söz düşəndə ağla gələn ilk müqəddəslik Məkkənin şimalında yer alan Cəbəli-nur, yəni Nur dağ olur. Dəniz səviyyəsindən 640 metr hündürlükdə bərqərar olan bu dağ Məkkə şəhərindən təxminən 5 km məsafədə yerləşir. İslam tarixinin başlandığı, Peyğəmbərə (s.ə.s.) ilk vəhin – Peyğəmbərlik xilqəsinin, müjədsinin verildiyi bu müqəddəs məkana yaz aylarında səhər tezdən, yaxud da axşamın sərinliyində varmaq mümkündür.

Hirai-nur dağına qalxan yolun ilk hissəsi geniş və nisbətən rahat olsa da,  bəlli bir nöqtəyə çatdıqdan sonra vəziyyət dəyişir. İnsanı sərt, sıldırım qayaların keçidləri qarşılayır. Daşlardan yonulmuş ensiz, dik pillələr, dar keçidlər İlahi nura gedən yolun səbr və dözüm ünvanına çevrilir. Müqəddəs məkana varmanın ən ağır məqamı da məhz buradan başlanır. İnsanın İlahi eşqi, Tanrı sevgisi ilə yanaşı, dözümü, əzmi və iradəsi də imtahana çəkilir. Zirvəyə çatmaq üçün azı bir saata yaxın zaman tələb olunur. Bu sərt, sıldırım qayaların yaxasında, dar keçidlərdə hər bir insanı – zəvvarı sadəcə ucalığa deyil, eyni zamanda yüzillərdir ruhun qida yeri olan Adəmdən – Xatəmə yola gələn dünyanın əski çağlarına aparır. İnsanı mənindən alan o müqəddəs məkanda insan batininə çəkilir, düşüncələr aləminə dalır: Peyğəmbər (s.ə.s.) bu ağır, o zamanların şərtləri ilə dözülməz, məşəqqətli keçidləri necə aşdığını düşünür. Onu vəhydən, peyğəmbərlik məqamından öncə bu müqəddəs məkana çəkən qüvvənin nə olduğunu öz-özünə sual edirsən. Hirai-nuru təkcə Tanrı üzü görən bir gözəllik ünvanı deyil, Peyğəmbərin (s.ə.s.) hüzur bulduğu məkan, eyni zamanda İlahi nurla halənənən müqəddəs məqam kimi qəbul edirsən.  Zirvəsində dəniz kimi içinə çəkilir, batini gözəlliyin çeşməsində durulur.

Məkkədə hakimi-mütləq olan ədalətsizlikdən, bütpərəstlikdən, imansızlıqdan yaxa qurtarmaq üçün Hirayi-nurda Tanrıya tapınan Peyğəmbərin (s.ə.s.) əzəmətini anlayır, İlahi eşqi önündə səcdəyə gedirsən. Hirayi-nurun sükutunda tək Tanrıya tapınan, onu yerin, göyün Sahibin, əbədi varlığın Sultanı hesab edən, vaxtdan uca duran, quruluşun, zamanın, bütxanaların üstünə yeriyən bir Peyğəmbərə – Böyük Elçiyə sahib olduğun üçün şükran duyğularını dilə gətirirsən.

Hirayi-nurun zirvəsində sinə dolusu nəfəs alan insan, Hira mağarasında canından can qopurmuş kimi əbədiyyət nuruna bürünür

Hirayi-nura varmaq mənəvi əzəmətin nümayişi olmaqla yanaşı, həm də İlahi nurla halələnməkdir. Hirayi-nurun zirvəsindən enib dar bir keçidlə Hira mağarasına – Peyğəmbərin (ə.s.ə.) 40 yaşında ikən hüzur bulduğu, Cəbrayıl (ə.s.ə.) tərəfindən müjdələnib, vəhy aldığı məqamın əzəmətini yaşadıqca, 610-cu ilin Ramazan ayının son 10 günündəki gecənin nuruna bürünürsən. Qurani-Kərimin ilk sürəsinin – Ələk surəsinin və ilk 5 ayənin mələklərin qanadında endirildiyi gecənin əzəmətini yaşayırsan. “İkr!” – “Oxu!” nidasının Yer üzünə bəxş etdiyi əbədi gözəlliyin sehrinə dalır, Peyğəmbərin (ə.s.ə.) “Beşikdən qəbir evinəcən oxu!” hikməti ilə baş-başa qalırsan.

Hira mağarasından Kəbəyə açılan qaya pəncərəsi, “Qiblə” adlı müqəddəsliyi Peyğəmbərin (ə.s.ə.) səcdəyə gedib,   üz söykədiyi, canamaz bildiyi daş parçası ilə baş-başa qaldıqca dünyanın ilkinliyinin, Oğuz oğlunun dağ, daş, su, od, işıq, atəş, səs və nəfəs müqəddəsliyini xatırlayırsan.

Hirayi-nurun zirvəsində sinə dolusu nəfəs alan insan, Hira mağarasında canından can qopurmuş kimi əbədiyyət nuruna bürünür. Sonsuz karvana qoşulan ruhunun dalıyca gedir, cismani olan hər şeydən imtina edir. Hira mağarasından, Hirayi-nurun əzəmətindən qopub ayrılanda isə insanın gözlərindən yaş sel kimi dörd cərgə tökülür. “Nə olar, Tanrım, məni bir də bu nur çeşməsinə, bəlgəsinə qonaq eylə! Köçümü, karvanımı Onun yaxasında əylə!” deyir.

Tanrı üzü görən Hirayi-nur Peyğəmbərin (s.ə.s.) hüzur bulduğu, peyğəmbərlik müjdəsini aldığı, insanlığın nicat yeri olan “İkr!” – “Oxu!” nidasının boy verdiyi, Cəbrayılın (s.ə.s.) nur taxtını qurduğu müqəddəs məqamdır. Ona varmaq, yetmək, ətəyində dua etmək, yaxasında səcdəyə durmaq, mələklərin pıçıltısını dinləmək özü bir səadətdir. Yerin-göyün sahibi onu sevdiklərinə, seçdiklərinə, nəfsinə qail bildiklərinə nəsib edir! Tanrı bizi nəsib sahiblərindən qılsın!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 avqust 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın prezidenti, professor Aktotı Raimkulova Azərbaycan Milli

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, səmimi görüş zamanı professor Aktotı Raimkulova Niyaz Ağayevi əlamətdar yubileyi münasibətilə

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, səmimi görüş zamanı professor Aktotı Raimkulova Niyaz Ağayevi əlamətdar yubileyi münasibətilə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin