Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/10/2025

Paylaşın

GÜNDƏM

Heydər Əliyev Fondu və Qurbanqulu Berdiməhəmmədov adına xeyriyyə Fondu anlaşma memorandumu imzalayıb

IMG-20251210-WA0005

Dekabrın 9-da Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb.

Baki-baku.az xəbər verir ki, memorandumu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva imzalayıblar.

Qeyd olunub ki, uzunmüddətli və səmərəli əməkdaşlığın təməlini qoyan sənəd, eyni zamanda, müxtəlif sahələrdə gələcək birgə layihələrin həyata keçirilməsinə yönəlib.

Sənədlə təsbit olunmuş hədəflər tərəflərin gələcəkdə birgə səmərəli fəaliyyətinə imkan yaradacaq.

Görüş zamanı sosial və təhsil sahələrində əməkdaşlıq, eyni zamanda, mədəniyyət və incəsənət üzrə layihələrin əhəmiyyəti vurğulanıb.

Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə bir sıra ölkələrdə uğurla sərgiləndiyi diqqətə çatdırılıb.

Hazırda sərginin Türkmənistanda da nümayiş olunması məsələsi üzərində əməkdaşlıq edildiyi bildirilib. Qeyd olunub ki, bu beynəlxalq layihə mədəni mübadilə və ətraf mühitin qorunması mövzusuna diqqət çəkmək üçün vacib bir platforma olacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çarlz Kanninqem Boykot - istefaya çıxmış britaniyalı kapitan idi və bu gün onun həyat hekayəsini bilməyənlər belə adını

Ən son

GÜNDƏM

Bu gün səhər saatlarından etibarən Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların

GÜNDƏM

Bu gün səhər saatlarından etibarən Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin