Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/21/2025

Paylaşın

GÜNDƏM

Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Lənkəran uşaq evi, Heydər Əliyev Fondu, Leyla Əliyeva, Alena Əliyeva

Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin yerləşdiyi bina Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Noyabrın 21-də uşaq evinin binasının təmirdən sonra açılışı olub.

Baki-baku.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Bildirilib ki, Lənkəranda 1941-ci ildən fəaliyyət göstərən 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. 2024-cü ildə uşaq evi sosial xidmət müəssisəsinin binasının əsaslı təmir işlərinə başlanılıb.

Bina 1 və 2 mərtəbəli 5 korpusdan ibarətdir. Sosial xidmət müəssisəsində kiçik və böyük yaş qrupları üzrə 120 uşaq yerləşib. Binada sinif, informatika, tikiş və xalçaçılıq, rəqs və musiqi otaqları, emalatxana yaradılıb. Sosial xidmət müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri əyani vəsaitlərlə təchiz edilib.

Burada istirahət və tibb otaqları, qarderob, kitabxana, oxu zalı, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası yaradılıb. Eləcə də oyun attraksionları ilə təmin olunan meydança inşa edilib.

Sosial xidmət müəssisəsinin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirak edir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin