Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/06/2025

Paylaşın

GÜNDƏM

Heydər Əliyev Mərkəzində “Cinema Talks” adlı panel müzakirəsi keçiriləcək

IMG-20250306-WA0093

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 10-da saat 10:00-da Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə “Cinema Talks” (“Kino söhbətləri”) adlı panel müzakirəsi keçiriləcək.

Baki-baku.az xəbər verir ki, nazirliyin “Yaradıcı Azərbaycan” layihəsinin tədbirlər planı çərçivəsində təşkil olunacaq müzakirə zamanı Azərbaycan kino sənayesinin gələcək inkişaf perspektivləri, mövcud çağırışlar və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş diskussiya aparılacaq.

Tədbirdə Azərbaycan kino sənayesindəki mövcud vəziyyəti təhlil olunacaq, eyni zamanda film istehsalı, bu sahədə infrastrukturun inkişafı və beynəlxalq əməkdaşlıq məsələləri diqqət mərkəzinə çəkiləcək. Paneldə həmçinin kinofestivalların və kino fondlarının müştərək istehsal üçün platforma kimi rolu, beynəlxalq müştərək filmlərin çəkilişindəki prioritetlər, kinoteatr infrastrukturunun inkişafı, regionlarda yeni kinoteatrların açılması, dublyaj sənayesinin dəstəklənməsi, “Baku Cinema Breeze” (BCB) kimi festivalların təşkilinin əhəmiyyəti, Türk dünyası ilə kino sahəsində birgə istehsalın (koproduksiya) təşviq olunması və digər mövzular üzrə fikir mübadiləsi aparılacaq.

Paneldə satış potensialı məhdud olan filmlərin istehsalına dəstək sisteminin yaradılması, yerli filmlərə olan tamaşaçı marağının artırılması üçün effektiv mexanizmlərin tətbiqi və xarici kino istehsalçılarının Azərbaycan ərazisində kino istehsalı istiqamətindəki potensial imkanlarının müzakirəsi də nəzərdə tutulur. Kino sənayesində çalışan rejissorlar, prodüserlər, aktyorlar, ssenaristlər, investorlar və kinoya maraq göstərən digər şəxslər üçün “Cinema Talks” yeni əməkdaşlıqlar qurmaq və fikir mübadiləsi aparmaq baxımından mühüm platforma rolunu oynayacaq.

“Cinema Talks”da iştirak etmək üçün http://form.yaradici.az/ linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim

Ən son

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin