Nəşr edilmişdir 03/17/2025

Paylaşın

GÜNDƏM

Heydər Əliyev Beynəlxalq Aeroportu bayram tətilində gücləndirilmiş rejiminə keçir

IMG-20250317-WA0200

Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə martin 20-31-da fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək.
Baki-baku.az aeroportun mətbuat xidmətinə istinadla xəbər verir ki, bayram mövsümündə sərnişin axınının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, xidmət keyfiyyətinin və operativliyin təmin edilməsi məqsədilə bir sıra əlavə tədbirlər həyata keçiriləcək. Xüsusilə, qeydiyyat, təhlükəsizlik yoxlanışı və baqaj emalı kimi əsas xidmət sahələrində iş proseslərinin optimallaşdırılması üçün əlavə işçi heyəti cəlb olunacaq.
Sərnişinlərə səfərlərini öncədən planlaşdırmaq, hava limanına uçuşdan ən az 2 saat əvvəl gəlmək və uçuş cədvəlləri ilə bağlı yenilikləri müvafiq aviaşirkətlərin rəsmi mənbələrindən izləmək tövsiyə edilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İçərişəhərdə yerləşən Məhəmməd məscidi daim diqqəti cəlb edir.

Ən son

GÜNDƏM

Bu gün Azərbaycanda Torpaq çərşənbəsi qeyd olunur.

GÜNDƏM

Bu gün Azərbaycanda Torpaq çərşənbəsi qeyd olunur.