Nəşr edilmişdir 11/23/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Hansı içkilər dişlərə zərər verir? – Həkim məsləhəti

İçki

Çay göbələyi (çay, şəkər, maya və bakteriyalardan hazırlanmış fermentləşdirilmiş içkidir – red.) əsasında hazırlanmış kombuça adlı içki, limonlu su, diyetik qazlı içki və mineral su yüksək turşuluq səbəbindən diş minasına zərər verə bilər.
Baki-Baku.az bu barədə “Daily Mail“ə istinadən xəbər verir.
Londonun aparıcı stomatoloqu, Britaniya Kosmetik Stomatologiya Akademiyasının keçmiş prezidenti Ceyms Qulnik bildirib ki, həzm sisteminin fəaliyyətini yaxşılaşdırdığı güman edilən içkilərdən – limonlu su və alma sirkəsindən istifadə edərkən diqqətli olmaq lazımdır.
Onun sözlərinə görə, bu içkilər diş minasını “yumşaltmaq” üçün kifayət qədər turşdurlar, ona görə də, çöp vasitəsilə içmək lazımdır.
Həmçinin qazlı mineral su və şirin qazlı içki də təhlükə yarada bilər. Üstəlik, dişlərin sağlamlığına və görünüşünə tərkibində həm şəkər, həm də süni dadlandırıcılar olan içkilər də zərər verə bilər. Həkimin sözlərinə görə, bir çox qazlı içkilərin pH (hidrogen dəyəri və ya turşuluq səviyyəsi) göstəricisi 5.5-dən çox deyil.
“Onlardan bəzilərinin pH səviyyəsi 2 və ya 3-ə bərabərdir. Bu ekstremal turşuluq dişləri “yeyir”, – deyə Qulnik qeyd edib.
Bağırsaq mikrobiomunun yaxşılaşdırılması üçün faydalı içki kimi səciyyələndirilən kombuça (çay göbələyi) da çox turşulu ola bilər. Diş həkimi məsləhət görür ki, kombuçanı mağazada alarkən qablaşdırmada göstərilən pH səviyyəsinə diqqət yetirilsin. Həmçinin həkim içkinin şəkər miqdarı çox olan variantlarını da içməyi məsləhət görüb.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Cəmil oğlu Əmirovun doğum günüdür.Baki-Baku.az xatırladır

Ən son

ƏSAS XƏBƏRLƏR

BMT-nin Baş Katibi Antonyo Quterreş: “İndi mümkün kompromis sahələri tapmaq vacibdir!” Üzərinə aldığı bütün vəzifələrin

DİGƏR XƏBƏRLƏR

Çay göbələyi (çay, şəkər, maya və bakteriyalardan hazırlanmış fermentləşdirilmiş içkidir – red.) əsasında hazırlanmış kombuça

DİGƏR XƏBƏRLƏR

Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatıb. Söhbət təxminən 10 il əvvəl