Nəşr edilmişdir 11/17/2024

Paylaşın

GÜNDƏM

Hansı balıq orqanizm üçün daha faydalıdır?

“Qidalanmanın sağlam olması üçün ət və balıq arasında seçim olmamalıdır. Tam rasion üçün hər ikisi vacibdir”.
Baki-Baku.az bu barədə Gazeta.Ru-ya istinadən xəbər verir.
Rusiyalı qastroenteroloq Yekaterina Kaşux həftədə ən azı iki dəfə balıq yeməyi məsləhət görür: “Bu, rasionu müxtəlifləşdirməyə və sağlamlığın qorunması üçün lazım olan maddələri əldə etməyə kömək edəcək”.
Ekspert balığın yüksək keyfiyyətli zülal mənbəyi olduğunu bildirib.
“Bu qida yaxşı mənimsənilir. Belə yeməkdən sonra qarında ağırlıq hissi yaranmır. Balıq təkcə sümüklərin sağlamlığı və ürəyin normal fəaliyyəti üçün lazım olan kalsiumla zəngin deyil. O, sinir, immun və ürək-damar sistemi üçün vacib olan “omeqa-3” yağ turşuları ilə zəngindir. Beynin işi və sağlam hormon balansının saxlanması da bunlardan asılıdır. Qızılbalıqda, həmçinin “D”, “B12″ vitaminləri, fosfor, kalsium, sink, dəmir, maqnezium, kalium və yod var. Bütün bu mikronutrientlər sağlamlıq üçün vacibdir”, – deyə Kaşux qeyd edib.
O, ən faydalı dəniz məhsullarının rəsmi reytinqinin mövcud olmadığını deyib.
“Lakin bəzi dəniz məhsulları sağlamlıq üçün xüsusilə dəyərli hesab olunur. Sağlamlıq üçün faydalı balıq siyahısını qızılbalıqsız təsəvvür etmək mümkün deyil. “Omeqa-3” tərkibinə görə onu yalnız treska ciyəri üstələyir, lakin o çox kalorilidir. “Omeqa-3” əvəzolunmazdır, yəni insan orqanizmində bu turşular sintez olunmur. Onları yalnız qida ilə əldə etmək olar. Onlar xolesterin səviyyəsinin normallaşmasına və bu yağabənzər maddənin zərərli fraksiyalarının konsentrasiyasının azalmasına kömək edir. Xolesterin artıqlığı insult və infarkt riskini artırır. Qızılbalıq həmçinin “D” vitamini ilə zəngindir – o, sinir və immun sisteminin işinə təsir edir, sümüklərin və dişlərin möhkəmlənməsi üçün vacibdir”, – deyə ekspert qeyd edir.


Faydalı dəniz məhsulları siyahısında liderlik mövqeyində qızılbalıqla bərabər digər yağlı balıq növləri – siyənək, sardina və forel də dayana bilər.
“Mağaza piştaxtalarında asanlıqla tapmaq mümkün olan faydalı balığa başqa bir misal skumbriyadır. O da “omeqa-3″lə zəngindir. Bu, zülal və “B12″ vitamininin əla mənbəyidir, onun çatışmazlığı anemiya riskini artırır və sinir sisteminin işinə, həmçinin görmə, həzm, saç və dırnaqların vəziyyətinə təsir edir”, – deyə mütəxəssis şərh edir.
Həkimin sözlərinə görə, rasiona treska da daxil edilməlidir.
“O, azkalorili və zülalla zəngindir, həmçinin selen və yod kimi vitamin və minerallar var. Treska dəri, saç və dırnaqların sağlamlığını qorumağa kömək edir, həmçinin qalxanabənzər vəzin normal işləməsinə şərait yaradır”, – deyə Kaşux bildirir.
Yeri gəlmişkən xatırladaq ki, yağlı balıqlar, xüsusən qızılbalıq, sardina və skumbriya stresin qarında yaratdığı piyi əridən “sehrli” qidalar siyahısındadır.
Kaşux civə tərkibi yüksək olduğu üçün daha az yeyilməli olan balıqlar barədə də danışıb.
“Bu, orqanizmdə toplanan və sinir sisteminə toksik təsir göstərə bilən ağır metaldır. Civə demək olar ki, bütün balıqlarda var, lakin bəzi dəniz məhsullarında, məsələn, tuna, makrel və qılıncbalığında onun miqdarı xüsusilə çoxdur”, – deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə

Ən son

GÜNDƏM

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı reysini icra edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında

GÜNDƏM

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını

GÜNDƏM

Xəzər dənizində iki zəlzələ qeydə alınıb.Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası