Nəşr edilmişdir 10/08/2024

Paylaşın

XƏBƏRLƏR

Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir

Bu gün Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu işə başlayıb.

“BakıBaku” Oxu.Az-a istinadən xəbər verir ki, ilk dəfə keçirilən və sabah başa çatacaq tədbirin təşkilatçıları İqtisadiyyat Nazirliyi, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyidir. Forumu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) dəstəkləyir.

20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri, iş adamları tədbirdə iştirak edirlər.

Tədbirin keçirilməsində məqsəd investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, müvafiq sahədə fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.

Forum konfrans və sərgi olmaqla iki hissədən ibarətdir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dünya İdman Paytaxtı titulunun rəsmi olaraq Monakodan Bakıya təhvil verilməsi böyük idman hadisəsidir.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də şəhər sakinləri və qonaqların

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də şəhər sakinləri və qonaqların
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin