Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/09/2025

Paylaşın

TARİXİMİZ

Hadrutun azad edilməsindən 5 il ötür

Hadrut qəsəbəsi

Bu gün — 9 oktyabr 2025-ci il tarixində, Hadrut qəsəbəsinin və ətraf kəndlərin işğaldan azad edilməsinin beşinci ildönümüdür.

Baki-baku.az xatırladır ki, 2020-ci ilin 9 oktyabr tarixində Azərbaycan Ordusu Vətən müharibəsi zamanı uğurlu əməliyyatlar həyata keçirərək bir sıra strateji əraziləri işğaldan azad etmişdi. Bu tarixi zəfərlə Azərbaycan xalqı uzun illərin torpaq həsrətinə son qoyaraq, azadlıq sevincini yaşamağa başlamışdı.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin gün rəsmi “X” (keçmiş “Twitter”) hesabında bu qələbə xəbərini xalqla bölüşmüşdü. Dövlət başçısı Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sor kəndinin, Tərtər rayonunun Çaylı kəndinin, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər və Süleymanlı kəndlərinin, eləcə də Füzuli rayonunun Yuxarı Güzlək və Gorazıllı kəndlərinin Azərbaycan Ordusu tərəfindən işğaldan tam azad edildiyini elan etmişdi.

Bu ərazilərin azad olunması Azərbaycan tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir və hər il böyük qürur hissi ilə qeyd olunur.

Xanım Aydın

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sanki Ay işığı onların bioloji saatına toxunur, hüceyrə fəaliyyətini “oyadır”.

Ən son

HƏR ŞEYDƏN

Təbiət aləmində aldadıcı davranışlar təkcə hiylə deyil, həm də yaşamaq üçün bir vasitədir.

HƏR ŞEYDƏN

Təbiət aləmində aldadıcı davranışlar təkcə hiylə deyil, həm də yaşamaq üçün bir vasitədir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin