Nəşr edilmişdir 12/03/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Həftədə cəmi bir neçə yumurta yemək insan orqanizmini qorxulu xəstəlikdən qoruyur

IMG-20241203-WA0034

Britaniyalı alimlər yumurtanın faydaları ilə bağlı daha bir mühüm kəşf ediblər.
Baki-baku.az bu barədə “Trend Wave” “Telegram” kanalına istinadən xəbər verir.
Məlumata görə, bu məhsuldan müntəzəm istifadə yaşlı insanlarda Altsheymer xəstəliyi riskini 50% azalda bilər.
Elm adamları 80 yaşdan yuxarı minlərlə könüllünün iştirak etdiyi genişmiqyaslı tədqiqatdan sonra belə nəticəyə gəliblər. Məlum olub ki, həftədə cəmi bir neçə yumurta beyin sağlamlığı üçün möcüzələr yarada bilər.
Sirr yumurtanın unikal tərkibindədir. Bu sadə məhsul faydalı maddələrin bütöv kompleksini ehtiva edir: əvəzolunmaz aminturşular, omega-3 yağ turşuları, xolin və lütein. Bütün bu komponentlər aydın düşüncəni qoruyur, yaddaşı yaxşılaşdırır və yaşla əlaqəli koqnitiv funksiyaların pisləşməsini yavaşladır.
Qeyd edək ki, altsheymer xəstəliyi bütün dünyada milyonlarla yaşlı insanın əziyyət çəkdiyi demensiyanın ən geniş yayılmış formalarından biridir. Xəstəlik yavaş-yavaş inkişaf edir və tədricən insanı yaddaşdan, düşünmə və özünəxidmət qabiliyyətindən məhrum edir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayakeyə təbrik məktubu göndərib.

Ən son

GÜNDƏM

Ötən il 737 min 614 (96 %) uşaq Bakı Baş Səhiyyə Mərkəzinin tabeli tibb müəssisələrində

GÜNDƏM

Ötən il 737 min 614 (96 %) uşaq Bakı Baş Səhiyyə Mərkəzinin tabeli tibb müəssisələrində