Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/10/2025

Paylaşın

GÜNDƏM

“Həzi Aslanov-Əhmədli” sahəsində qatarların hərəkət intervalı 5 dəqiqə azaldılıb

“Bakı Metropoliteni” QSC tərəfindən aparılmış monitorinqlərin nəticəsinə əsasən, sərnişin tələbatının artdığı daha bir hərəkət sahəsində interval azaldılır.
Baki-baku.az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, yeni tədris mövsümünün başlanması ilə əlaqədar “Həzi Aslanov” stansiyasında artan sərnişin axınının qarşılanması məqsədilə “Həzi Aslanov–Əhmədli” mənzilində qatarların hərəkəti pik saatlarda 5, qeyri-pik saatlarda isə 7 dəqiqəlik intervalla tənzimlənəcək.
Plana uyğun olaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilib.
Xatırladaq ki, 2024-cü il noyabr ayının 30-da “Həzi Aslanov” stansiyasının dalan yolunda başlanılmış əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar Qırmızı və Yaşıl xətlərdə yeni hərəkət qrafiki tətbiq edilib, qatarların hərəkəti hələlik yalnız “Əhmədli” stansiyasına qədər təşkil edilir. Təmir işlərinin yalnız dalan hissədə aparılması nəzərə alınaraq, “Həzi Aslanov” stansiyası sərnişinlərin girişinə bağlanmadan xüsusi hərəkət cədvəli qurulub və 10 dəqiqəlik interval tətbiq edilib.
Hazırda tətbiq edilən yeni interval sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılmasına, eləcə də artan sərnişin axınının daha çevik və operativ şəkildə tənzimlənməsinə xidmət edir.
Yeni hərəkət cədvəli Bakı Metropoliteninin rəsmi saytında yerləşdiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bəzi kütləvi informasiya vasitələrində və sosial media platformalarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bir sıra əməkdaşlarının işdən çıxarılması

Ən son

TARİX, TARIXI ŞƏXSİYYƏTLƏR

Bu gün Xalq artisti, teatr və kino aktyoru, Azərbaycan kinosunun “Mixaylo”su Nodar Şaşıqoğlunun doğum günüdür.

TARİX, TARIXI ŞƏXSİYYƏTLƏR

Bu gün Xalq artisti, teatr və kino aktyoru, Azərbaycan kinosunun “Mixaylo”su Nodar Şaşıqoğlunun doğum günüdür.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin