Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/10/2025

Paylaşın

GÜNDƏM

“Gənclik Mall”a gedən qısa yol bağlanıb – Sürücülər narazıdır

IMG-20251110-WA0050

Koroğlu Rəhimov küçəsindən, “SOCAR” yanacaqdoldurma məntəqəsinin yanından “Gənclik Mall” istiqamətinə gedən qısa yol bağlı saxlanılır.

Baki-baku.az xəbər verir ki, əvvəllər açıq olan və Azərbaycan İdman Akademiyasının arxa hissəsindən keçən həmin yol bir müddətdir darvaza ilə bağlanıb. Yolun girişində duran mühafizəçilər isə bu ərazinin Akademiyaya məxsus olduğunu əsas göstərərək, keçidi təmin etmirlər.

Qısa yolun bağlanması isə nəqliyyatın hərəkətini çətinləşdirir, piyadalar və sürücülər daha uzun məsafə qət etməyə məcbur olur.

Sürücülər bir müddətdir ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Məsələnin araşdırılacağı və lazımi tədbirin görüləcəyi vəd olunsa da, hazırda heç bir tədbir görülməyib.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərsək də müraciətimiz cavabsız qaldı.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Xalq artisti, teatr və kino aktyoru, Azərbaycan kinosunun “Mixaylo”su Nodar Şaşıqoğlunun doğum günüdür.

Ən son

GÜNDƏM

Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, martın 14-dən 83 nömrəli müntəzəm marşrut yeni hərəkət sxemi

GÜNDƏM

Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, martın 14-dən 83 nömrəli müntəzəm marşrut yeni hərəkət sxemi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin