Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2025

Paylaşın

HƏR ŞEYDƏN

Günəşdə nadir hadisə: Eyni anda iki nəhəng protuberans müşahidə olundu

Protuberans

Sentyabrın 21-də, Bakı vaxtı ilə saat 23:30 radələrində baş verən Günəş tutulması zamanı elm tarixində nadir hadisə qeydə alınıb – Günəşdən eyni anda iki nəhəng protuberans ayrılıb.

Baki-baku.az Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası yayımladığı açıqlamaya əsasən bildirir ki, hadisə bir neçə kosmik müşahidə aparatı tərəfindən qeydə alınıb və görüntülər ictimaiyyətlə bölüşülüb.

Alimlərin sözlərinə görə, hər bir protuberansın uzunluğu təxminən bir milyon kilometr olub ki, bu da Yerin diametrindən 70 dəfə böyükdür. Onların eyni vaxtda ayrılması isə çox nadir rast gəlinən və təsirli kosmik hadisə kimi qiymətləndirilib.

Maraqlıdır ki, bu qeyri-adi proses Günəşin aktivliyinin ümumilikdə azalmasına baxmayaraq, onun hələ də nəhəng enerji ehtiyatlarına sahib olduğunu göstərir.

Bu möhtəşəm hadisə Yerin cənub yarımkürəsindən izlənilə bilib və kosmosun gözəlliyini bir daha nümayiş etdirib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub

Ən son

GÜNDƏM

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti

GÜNDƏM

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin