Mayın 14-də səhər Günəşdə sondan əvvəlki güc sinfinə (M) aid partlayış qeydə alınıb.
Baki-baku.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat yayılıb.
“Mayın 14-də Moskva vaxtı ilə saat 6:25-də (Bakı vaxtı ilə 7:25) 4087 (N17E68) Günəş ləkələri qrupunda rentgen diapazonunda 37 dəqiqə davam edən M5.3 partlayış qeydə alınıb”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.