Nəşr edilmişdir 09/05/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Gülxətmi – öskürək və soyuqdəymə əleyhinə cövhər

Qədim ənənələr və təbiətin sirləri dünyasında insanla bitkilər arasında xüsusi bir bağ mövcuddur. Əcdadlarımız üçün hər bir bitki sadəcə landşaftın tərkib hissəsi deyil, sağlamlıq və gücün qoruyucusu idi.

Baki-baku.az-ın yazdığı kimi, zəngin təbii şəraitə malik Azərbaycan, hər zaman saysız-hesabsız şəfaverici otların ehtiyat mənbəyi olub və onların müalicəvi xüsusiyyətləri nəsildən-nəslə şifahi şəkildə ötürülüb.

Bu yaşıl sərvətlər arasında gülxətmi bitkisi xüsusi yer tuturdu – əsrlər boyu xəstəliklərə qarşı etibarlı müdafiə vasitısi sayılan bitki olub. Bu bitki ağrıları azaldır, sağlamlığı bərpa etməyə yardım edir və buna görədir ki, gülxətminin tətbiq tarixi xalq təbabətinin yaddaşında mühüm iz qoyub.

Azərbaycanda gülxətmi əsasən düzənliklərdə – Kür-Araz ovalığından tutmuş Samur-Dəvəçi çöllərinə qədər geniş ərazilərdə yayılıb. Çay kənarlarında, rütubətli çəmənlərdə, hətta kolluq sahələrdə belə bu bitkiyə rast gəlinirdi.

Onun kökləri payızda yığılırdı: bitkinin ətrafı ehtiyyatla qazılır, torpaqdan təmizlənir, köklərinin yalnız şirəli ətraf hissələri saxlanılırdı. Sonra köklər yuyulur, qabığından təmizlənir və aşağı temperaturda qurudulurdu. Əsas şərt – xammalı həddindən artıq qızdırmamaq idi, əks halda tərkibi müalicəvi dəyərini itirirdi.

Xalq təbibləri bu köklərdən dəmləmələr və siroplar hazırlayaraq vərəm və tənəffüs yollarının xəstəliklərində istifadə edirdilər. Gülxətmi yumşaldıcı, soyuqdəymə əleyhinə və qoruyucu təsir göstərərək öskürəyi sakitləşdirir, nəfəsalmanı asanlaşdırırdı. Yarpaqları və çiçəkləri də həkimlərin əllərində faydalı məlhəmə çevrilirdi, öskürək üçün dəmləmələrdə və boğazın qarqara ediməsi ümün tətbiq olunurdu.

Bu gün də gülxətmi əcdadlarımızın təbiətin sərvətlərindən necə müdrik bəhrələndiyini simvolizə edir. Sadə bir ot əsrlərlə insanın xəstəliklərə qarşı mübarizəsində etibarlı dayaq rolunda çıxış edib.

Hacı Cavadov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Международный союз охраны природы (МСОП, IUCN) официально пересмотрел прежнюю классификацию жирафов, отказавшись от подхода, согласно которому они считались

Ən son

HƏR ŞEYDƏN

"Facebook" dünya üzrə milyardlarla istifadəçisi olan ən populyar sosial şəbəkələrdən biridir.

HƏR ŞEYDƏN

"Facebook" dünya üzrə milyardlarla istifadəçisi olan ən populyar sosial şəbəkələrdən biridir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin